İnsanın daxilində kin niyə yaranır?
Mьəllif: admin1
Tarix: 6-11-2020, 21:22
İnsanın daxilində kin niyə yaranır?
İnsan ruhunun halı müxtəlifdir. Bəzən sevgi və məhəbbət insan qəlbində qalib olur, bəzən də düşmənçilik. İnsan bir işi görən zaman ya məhəbbətlə onu yerinə yetirər, ya da düşmənçilik ilə.

İnsanın ruh hallarından biri də kin və küdurətdir. Bəs kinin yaranmasına hansı amillər səbəb olur?

1. Düçmənçiliklə deyilən sözlər. İnsanda kinin yaranmasına səbəb olan amillərdən biri də düşməncəsinə edilən bəhslərdir.

İslam bu cür bəhsləri qadağan etmişdir. Tövsiyə edir ki, bu cür bəhslərdən uzaq olsunlar və kinin yaranmasına şərait yaratmasınlar.

2. Həddən artıq gözləntinin olması. Hədislərimiz buyurur ki, əgər insan mömin qardaşından həddən artıq gözləntidə olsa və o da istədiyi şeyi yerinə yetirməsə, onu məzəmmət etməyə başlayar.

Nəticədə məzəmmət olunan insanın qəlbində kin və küdurət meydana gələr. İmam Əli (ə) buyurur: “Qardaşına olduğu halı ilə döz və çoxlu danlama. Çünki bu iş kin əmələ gətirər”.

3. İnsanda bəzi fəzilətli sifətlərin olmaması. O zaman ki, iki nəfər söhbət edər və qarşı tərəf malik olduğu hansısa fəzilətə görə iftixar edərsə və onu eşidən tərəfdə həmin fəzilət olmazsa – istər-istəməz qəlbində həmin şəxsə qarşı kin bəsləməyə başlayar.

4. Qeybət. Qeybət, möminin abrını aradan aparar. Onu qeybət edənin düşməni qərar verər. Nəticədə qeybət edən insan həm Allahı qəzəbləndirər, həm də qeybət olunan tərəfi.

İmam Əli (ə) buyurur: “Qeybətdən çəkin. Çünki səbəb olar ki, Allahın və insanların qəzəbində və düşmənçiliyində qərar tutasan”.

5. Başqalarının danışığına irad tutmaq və xırdaçılıq etmək. İnsanların danışığına irad tutmaq – dostluğu aradan aparar. İş o yerə gəlib çatar ki, qarşı tərəf ona düşmənçilk bəsləyər və qəlbində kin yaranar.

6. Mübahisə. İmam Sadiq (ə) buyurur: “Dində mübarizə aparmaqdan (yersiz mübahisələrdən) çəkinin. Çünki qəlbləri Allahı yada salmaqdan saxlayar, nifaqı irs qoyar və düşmənçiliyi dirildər”.

7. Nifrin. Nifrin edən tərəf, qarşı tərəfdə kinin yaranmasına səbəb olar. Hər kim qarşı tərəfə lənət edər və onu nifrin edərsə, onun düşmənçiliyinə səbəb olar və qəlbində kinin yaranmasına şərait yaradar.

8. Söyüş. Söyüş söymək də qarşı tərəfdə kin toxumlarının yaranmasına səbəb olar. Həzrət Peyğəmbər (s) buyurur: “İnsanları söyməyin ki, onların düşmənçiliyini əldə etməyəsiniz”.

9. Məsxərə etmək. Başqalarını məsxərə etmək, qarşı tərəfdə kinin yaranmasına səbəb olar.

10. Tamah. Əgər kiminsə imkanı yaxşıdırsa və insan da hacətini yerinə yetirmək üçün ona ağız açırsa və o, rədd cavabı verirsə, o zaman həmin insanın qəlbində kinin yaranmasına səbəb olacaqdır.

İmam Səccad (ə) buyurur: “Mən bütün xeyirləri onda görürəm ki, gərək insanların əlində olanlardan tamahı çəkəsən”.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930