Özünü unutmağın müalicəsi vardırmı?
Mьəllif: admin1
Tarix: 5-11-2020, 22:45
Özünü unutmağın müalicəsi vardırmı?
Hər bir dərdin dərmanı olduğu kimi, özünü unutmağın da müalicəsi vardır.

Bunun üçün bəzi nöqtələrə diqqət etmək lazımdır. O cümlədən:

1. Nizam və intizam, proqrama malik olmaq. Nizam və intizama riayət etmək – o qədər mühüm mövzulardandır ki, İmam Əli (ə) həyatının son saatlarında tərəfdaşlarını ona dəvət etmişdir.

İmam (ə) buyurur: “Sizlərə iki şeyi tövsiyə edirəm: biri təqvadır, biri də işlərdə nizama malik olmaqdır”.

2. Allahı zikr etmək. Allah Təala Quranda buyurur ki, möminlər gərək Allahı çoxlu yada salsınlar. Allahı zikr etmək, ancaq dildə deyilən zikrlərlə bitmir.

Allahı zikr etmək dedikdə nemətlərini zikr etmək, yardımlarını zikr etmək, ayələrini zikr etmək, İlahi əmrləri zikr etmək, Allahın əmrlərinə itaət etmək, məadı zikr etmək, ölümü zikr etmək... nəzərdə tutulur.

3. İbadət. İbadət insanı huşa gətirən və ayıldan əməldir. İbadət insanı nicat gəmisi kimi qəflət dənizindən xilas edər.

İnsan ibadət edən zaman özünü kəşf edər və özünü olduğu kimi görər. Öz nöqsanlarını görməyə başlayar.

4. Dua. Necə ki, Allahı zikr etmək insanı Allaha yaxınlaşdırar, dua da Allahın rəhmətinin cəlb olunmasına səbəb olar.

O kəs ki, özünü unudar, çalışmalıdır ki, dua vasitəsilə Allahdan yardım istəsin və özünü dərk etsin.

5. Tövbə. Küfr və şirkdən sonra ən böyük günah – Allahın rəhmətindən məyus olmaqdır. Bu ümidsizlik – kəbirə günahlardan hesab olunur.

O kəs ki, İlahi rəhmətdən ümidsiz olar – onda belə bir hal meydana gələr ki, özünü cəhənnəmlik hiss edər. Ona görə də ümidsiz olar və günahlarının sayını artırar.

Belə insan tövbə edərsə, Allah onu bağışlayar və ona elə bir rəhmət edər ki, sanki günah etməmişdir.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, günahlarına görə tövbə edər – o kəs kimi olar ki, onun günahı olmaz”.

6. Özünü tanıma. Özünü tanıma – müvəffəqiyyətin rəmzlərindən biridir. İnsan, özünü tanıyaraq gizli istedadlarını üzə çıxardar və onları kamal yolunda işə salar.

İmam Əli (ə) buyurur: “Ən üstün tanıma odur ki, insan özünü tanısın”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930