Neçə behişt var?
Mьəllif: admin1
Tarix: 4-11-2020, 11:02
Neçə behişt var?
Qurani-Kərimdə dörd behiştin adı çəkilmişdir: Ədn cənnəti, Firdovs cənnəti, Nəim cənnət və Məva cənnəti.

İmam Baqir (ə) buyurur: “Quranda şərh olunan behiştlər ibarətdir: Ədn cənnəti, Firdovs cənnəti, Nəim cənnət və Məva cənnəti.

Allahın başqa behiştləri də vardır ki, bu behiştlərlə mühasirə olarlar”.

Nəim cənnəti. “Onda (onun üçün) asayiş, pak ruzi və nemət dolu Cənnət vardır”. (“Vaqiə” 89).

Uca Allah Nəim behişti dedikdə, onu cəm halda gətirir və buyurur ki, nemətlə dolu cənnətlər. Ona görə də deyə bilərik ki, bu cənnətlər bir dənə deyildir. Bəlkə Allahın Nəim cənnəti daha çoxdur.

Heç kəs bilməz ki, bu behiştlərdə nə vardır. “Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!”. (“Səcdə” 17).

Ədn cənnəti. “(Əgər belə etsəniz,) Allah günahlarınızı bağışlar, sizi (evlərinin və ağaclarının) altından çaylar axan Cənnətlərə, bağlara və əbədi (Ədn) Cənnətlərindəki pak və xoşagələn məskənlərə daxil edər. Budur böyük səadət”. (“Səff” 12).

Firdovs cənnəti. “Həqiqətən, iman gətirmiş və yaxşı işlər görmüş kəslərin ilk qəbul yerləri – Firdovs bağlarıdır. Onlar orada əbədi olar, heç vaxt oradan (başqa yerə) dəyişilmək istəməzlər”. (“Kəhf” 107-108).

Məva cənnəti. “Lakin iman gətirib saleh əməllər edənlər üçün «Məva» Cənnətləri və bağları vardır, (və bunlar hamısı dünyada) etdiklərinin mükafatı olaraq bir qonaqlıqdır”. (“Səcdə” 19).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031