Əbd olmaq istəyən mömin üçün 4 göstəriş
Mьəllif: admin1
Tarix: 3-11-2020, 19:11
Əbd olmaq istəyən mömin üçün 4 göstəriş
“Əbd” sözünün ərəb dilində mənası odur ki, insan başdan-ayağa qədər öz sahibinə tabe olar. İradəsi onun iradəsinə tabe olar, istəyi onun istəyinə tabe olar.

Onun qarşısında heç nəyin maliki olmaz. Ona itaət etməkdə heç bir zaman süstlük etməz. Ona görə də belə əbd üçün Allahdan başqa məbud ola bilməz.

Ubudiyyət – bir insan üçün bəndəliyin ən zirvəsi və insanın təkamül nöqtəsidir. Ubudiyyət – Allahın pak zatı qarşısında təslim olmaqdır.

Ubudiyyət – heç bir şərt olmadan Məbuda tabe olmaqdır. Onun əmrlərini soğru-sualsız yerinə yetirməkdir. Bu cür insan həqiqi Məbudundan başqa bir şey düşünməz. Ancaq Onun yolunda addımlayar. Ondan qeyrisini unudar.

“Ey (Bizim peyğəmbərimiz Muhəmmədə (s)) iman gətirənlər! Rüku və səcdə edin, Rəbbinizə ibadət edin və xeyir iş görün ki, bəlkə nicat tapasınız. (Bu ayə bütün şəriətlərin və ictimai xeyir əməllərin xülasəsidir)”. (“Həcc” 77).

Bu ayə möminlərə dörd göstəriş verir:

1. Rüku edin.

2. Səcdə edin.

3. Allaha ibadət edin.

4. Yaxşı əməl yerinə yetirin ki, nicat tapasınız.

Bəli, namaz – insanı kamala çatdıran ən mühüm ibadətdir. Ubudiyyətə gedən yol namazdan keçər. Bəndə əgər kamala çatmaq istəyirsə, gərək namaz qılsın və namazını kamilləşdirsin.

İman və saleh əməl isə insanı təkamül etdirən başqa bir amildir. Hədislərimiz buyurur ki, əgər behiştə yüksəlmək istəyirsənsə, bir qanadın iman və o biri qanadın saleh əməl olmalıdır.

Ona görə də hər kim kamala çatmaq istəyirsə, gərək namazın ətəyindən yapışsın. İman və saleh əmələ malik olsun. İmanı gücləndikcə, saleh əməlləri də artacaqdır.

Bu cür insan Allah bəndəsi olmağa layiqdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031