Bu 3 əməli kənara qoyaq ki, qəlbimiz sərtləşməsin
Mьəllif: admin1
Tarix: 2-11-2020, 10:57
Bu 3 əməli kənara qoyaq ki, qəlbimiz sərtləşməsin
Həzrət Peyğəmbər (s) buyurur: “Üç şey qəlbi sərtləşdirir:

1. Yersiz sözlər eşitmək.

2. Ov etmək.

3. Sultanın sarayına gedib-gəlmək”.

O kəs ki, yersiz sözlər eşidər – zaman keçdikcə onlara adət edər və qəlbi daşlaşmağa başlayar. Artıq nəsihət və bəlağətli sözlər eşitməyə taqəti olmaz.

O kəsin ki, peşəsi heyvan öldürmək olar – onda rəhm hissi azalar. Nəticədə qəlbi daşlaşar.

O kəs ki, sultanın sarayına gedib-gələr, gözləri ilə görər ki, necə sultan insanlara zülm edir. Get-gedə bu hal onun üçün adiləşər və qəlbi daşlaşar.

Bundan başqa qəlbin daşlaşmasına səbəb olan başqa əməllər də vardır. O cümlədən:

Allahı yada salmağı tərk etmək.

İmam Sadiq (ə) buyurur: “Allah Həzrət Musaya (ə) vəhy edir ki, ey Musa! Çoxlu sərvətə görə sevinmə. Hansı halda olursansa-ol, Məni yada salmaqdan əl götürmə.

Çünki çoxlu sərvət günahları unutdurur. Məni yada salmağı tərk etmək – qəlbi sərtləşdirir”.

Günah.

İmam Əli (ə) buyurur: “Göz yaşları qurumaz, məgər qəlbin sərtləşməsinə görə. Qəlblər sərtləşməz, məgər günahların çoxluğuna görə”.

Uzun arzular.

Uca Allah Həzrət Musaya (ə) buyurur: “Ey Musa! Dünyada uzun arzuları başında fırlatma ki, qəlbin sərt olacaqdır. Qəlbi sərtləşmiş Məndən uzaqdır”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930