Quranda 23 dəfə insana ata və anaya yaxşılıq etmək əmr edilmişdir
Mьəllif: admin1
Tarix: 30-10-2020, 09:23
Quranda 23 dəfə insana ata və anaya yaxşılıq etmək əmr edilmişdir
Allah Təala Qurani-Kərimdə insana 23 dəfə ata və anasına yaxşılıq etməsini əmr etmişdir. Məsumlar (ə) da öz dəyərli buyuruşlarında insanları bu gözəl əmələ tərəf təşviq etmişdilər.

“Və Rəbbin Ondan başqasına ibadət etməməyinizi və ata-anaya (öz valideyinlərinizə) yaxşılıq etməyinizi qəti hökm etdi.

Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağlarına yetişsələr (onların zəhmət yaxud sərt davranışları müqabilində narahatlığını büruzə vermə, hətta) onlara «uf» demə, üstlərinə qışqırma, kobud söz demə və onlara xoş söz de».

Və mehribanlıq üzündən onların qarşısında təvazökarlıq və kiçiklik qanadı sal (təvazökarlıq göstər) və «ey Rəbbim, körpəlikdə məni (rəhmət üzündən) tərbiyə etmələrinin müqabilində onların hər ikisinə rəhm et» de!”. (“İsra” 23-24).

Fəxrəddin Razi deyir: “Allaha ibadətdən sonra ata və anaya bu səbəblərə görə yaxşılıq edilməlidir:

1. Allahın insanlara verdiyi nemətlər – ən üstün nemətlərdir.

Allah Təaladan sonra ata və ana ən – üstün nemət hesab olunur. Ona görə də Allahdan sonra bəndənin ata və anasına görə şükür etməsi vacibdir.

2. Allah Təala insan üçün həqiqi təsiredəndir.

Ata və ana isə zahirdə ona təsiredəndirlər. O yerdə ki, həqiqi təsir edənin adı çəkilər, ondan sonra zahiri təsiredənin adı çəkilməlidir.

3. Allah verdiyi nemətləri qarşısında bəndəsindən bir şey istəməz.

Ata və ana da övladlarından bir şey istəməzlər. Bu səbəbdən onların verdiyi nemətlər Allahın verdiyi nemətlərə bənzəyər.

4. Allah verdiyi nemətləri bəndəsindən əsirgəməz, baxmayaraq ki, ən böyük günahları yerinə yetirsə belə.

Ata və ana da öz övladına yaxşılıq etməkdən əl çəkməzlər, baxmayaraq ki, övladı onunla pis rəftar etsə belə.

5. Allahın varlığı - ən üstün nemətdir və ata və ana neməti ondan sonra gələr”.

Hədislərimiz buyurur ki, valideynə rəhmət gözü ilə baxmaq – qəbul olunmuş həccə bərabərdir. O ikisinin razılığı – Allahın razılığıdır.

O ikisinin qəzəbi – Allahın qəzəbidir. Ata və anaya ehsan etmək ömrü uzadar. Səbəb olar ki, övladlarımız da bizə ehsan etsinlər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031