İnsanın dünyadakı son günündə malı, övladları və əməlləri ilə söhbəti
Mьəllif: admin1
Tarix: 27-10-2020, 21:58
İnsanın dünyadakı son günündə malı, övladları və əməlləri ilə söhbəti
İmam Əli (ə) buyurur: “O zaman ki, Adəm övladı dünyadakı son və axirətdəki ilk gününə çatır – malı, övladları və əməlləri gözünün önündə təcəssüm olar.

İlk olaraq malına diqqət edər və ona deyər: “Allaha and olsun ki, mən səni toplamaq və qorumaq üçün çox həris olmuşam və çoxlu simiclik etmişəm. İndi mənə nə yardım edə bilərsən?”.

Sərvəti ona deyər: “Məndən ancaq kəfənini ala bilərsən”.

O, övladlarına diqqət edər və onlara deyər: “Allaha and olsun ki, mən sizi çox sevmişəm və sizi davamlı olaraq himayə etmişəm. Mənə nə xidmət edə bilərsiniz?”.

Deyərlər: “Heç bir şey. Səni qəbrində dəfn edərik”.

Sonra əməllərinə diqqət edər və deyər: “Allaha and olsun ki, mən sənin barəndə rəğbətsiz olmuşam və sən mənim üçün ağır olmusan. Sən bu gün mənə nə yardım edə bilərsən?”.

Deyər: “Mən qəbirdə və Qiyamətdə sənin munisinəm, o zamana qədər ki, məni və səni Allaha təqdim edərlər”.

Əgər insan dünyada Allahın vəlisi olsa – əməli gözəl, xoş iyli və xoş paltar geyinmiş bir kişi şəklində yanına gələr və ona deyər: Sənə behiştin bol nemətinə görə müjdə verirəm ki, necə də xoş gəlmisən”.

O, soruşar ki, sən kimsən?

Cavab verər: “Mən sənin saleh əməlinəm ki, dünyadan axirətə köç etmişdir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031