Allahdan necə möhlət istəyək?
Mьəllif: admin1
Tarix: 26-10-2020, 21:36
Allahdan necə möhlət istəyək?
Qurani-Kərim bizə Allahdan necə möhlət istəyə biləcəyimizi öyrədir və buyurur: “Və insanları onlara əzabın gələcəyi, beləliklə, zülm edənlərin «ey Rəbbimiz, yaxın bir müddətədək bizi(m əzabımızı) təxirə sal ki, Sənin dəvətini qəbul edək və peyğəmbərlərinə tabe olaq» deyəcəkləri günlə qorxut. (Onda onlara deyilər:)

«Məgər bundan öncə sizin üçün heç bir yoxluq və zavalın olmayacağına and içən siz deyildiniz?!»”. (“İbrahim” 44).

Əvvəl elə görünür ki, bu ayə Qiyamət haqqındadır. Ancaq daha dərindən düşündükdə, başa düşürük ki, bu ayə dünyaya aiddir.

Çünki insan ancaq dünyada olan zaman Allahın dəvətini qəbul edər və peyğəmbərlərinə (ə) tabe olar. Allah, əzabını ancaq dünyada təxirə sala bilər.

Allah Təala bu ayədə bəndələrinə öyrədir ki, İlahi əzabdan xilas olmaq üçün necə möhlət istəyə bilərlər. Əgər İlahi əzabın dəf olmasını istəyiriksə, Allaha belə dua etmək lazımdır.

Quran bizləri hidayət etmək üçün nazil olmuşdur. Ona görə də hidayətin yollarını Qurandan öyrənməliyik. Uca Allah Quran vasitəsilə bizə dua etməyin yollarını öyrədir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031