Bu əməl, insanı qəbir əzabından xilas edər
Mьəllif: admin1
Tarix: 23-10-2020, 09:20
Bu əməl, insanı qəbir əzabından xilas edər
Ölüm – insanın bədəni ilə ruhunun arasında olan əlaqəni kəsər. Ölüm, yəni insanın dünyadan axirətə səfər etməsidir.

Ölən zaman insanı qarşıda bir çox çətinliklər gözləyər. O cümlədən Nəkir ilə Münkərin sorgu-sualı, qəbir əzabı, qəbrin zülmətli olması...

Bu deyilənlərdən xilas olmağın yolu – namazdır. Hər kim namazlarına diqqət edərsə və onları vaxtında yerinə yetirərsə, Allah ona bu çətinliklərdən rahatlıq verər.

Həzrət Peyğəmbər (s) buyurur: “Ölüm mələyi mənə demişdir: “Hər kim beş vacib namazın vaxtlarına nəzarət edərsə, mən ona qarşı anasından da mehriban olaram””.

İmam Sadiq (ə) buyurur: “Ölüm mələyi ruhu qəbz edən zaman namazına nəzarət edən insandan şeytanı dəf edər. O dəhşətli halda, ona tövhid və risalət şəhadətlərini təlqin edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Namaz – ölüm mələyi yanında namazqılan üçün şəfaətçi, qəbirdə munis, qəbirdə ən yaxşı yataq, Nəkir və Münkərin suallarına cavabdır”.

Səyid ibni Cənah nəql edir: “Mədinədə İmam Baqirin (ə) evində idim. Həzrət (ə) buyurdu: “Hər kim rükusunu düzgün və kamil yerinə yetirərsə, qəbir əzabının ona yolu yoxdur””.

Həzrət Peyğəmbər (s) buyurur: “Gecə namazı – qəbirdə sahibi üçün çıraqdır”.

İmam Rza (ə) buyurur ki, hər kim gecə namazını yerinə yetirər – qəbir əzabından, cəhənnəm əzabından amanda olar və ömrü uzun olar.

Beləliklə deyə bilərik ki, hər kim qəbir əzabından xilas olmaq istəyirsə və qəbrinin nurani olmasını istəyirsə, namazı düzgün qılmalı və namazın vaxtlarına diqqət etməlidir.

Gecə namazı isə insana qəbirdə çıraq olar. Hər kim gecə namazı qılarsa, qəbir əzabından amanda olar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930