Nə edək ki, düyünlərimiz açılsın?
Mьəllif: admin1
Tarix: 14-10-2020, 10:13
Nə edək ki, düyünlərimiz açılsın?
Əgər insan hər bir işini Allah rizası üçün yerinə yetirərsə və heç kəsə minnət qoymazsa – Allah bu insanın əlindən tutar.

O kəsin ki, əlindən Allah tutar, onun bütün düyünləri açılar və giriftarlıqları həll olar. Dünyası abad olar.

“De: «Allahım! Ey hər bir mülkün həqiqi sahibi! Ey bütün hökumətlər üzərində mütləq hakim! İstədiyin kəsə hökmdarlıq verir və istədiyin kəsdən hökmdarlığı alırsan, istədiyinə izzət verir və istədiyini xar edirsən! Xeyir(in həqiqəti) Sənin əlindədir. Doğrudan da Sən hər bir şeyə qadirsən»”. (“Ali-İmran” 26).

“Həmçinin lütf və mərhəmətin doğrudan da Allahın əlində olmasını və onu istədiyinə verməsini bilməsi üçün! Allah böyük lütf, mərhəmət sahibidir”. (“Hədid” 29).

“Hər şeyin həqiqi mülkiyyəti və kamil hökmranlığı (qüdrət) əlində olan Allah (hər nöqsandan) pak (və uzaq)dır. (Siz insanlar hamınız) Ona tərəf qaytarılacaqsınız”. (“Yasin” 83).

Əl – bədənin o üzvüdür ki, insan onun vasitəsilə qüdrətini nümayiş etdirər. Bəzən İmam Əliyə (ə) Yədullah deyərdilər.

Yəni, o Həzrətin (ə) əli, Allahın əli kimi güclü və nicatverən olmuşdur. O, Allahın yer üzərindəki canişini idi. Malik olduğu bütün sifətlər Allahdan idi.

O zaman ki, insan çətinliyə düşər və hər kəsdən əlini üzər – onun yardımına Allah gələr. Bizim əlimizdən tutar və düşdüyümüz çətinlikdən bizə nicat verər.

Bunun üçün insan Allah buyuran kimi yaşamalı və onun razı olduğu işləri görməlidir. Əgər insan Allah bəndəsi olarsa, həyatda düyünləri açılar və dünyası abad olar.

Çünki onun əlindən Allah tutar. Allah hər şeyə qadirdir və qüdrət sahibidir.

Əgər düyünlərimizin açılmasını istəyiriksə, qüdrətli Allahdan yardım istəyək və Onun güclü əllərini üzərimizdə hiss edək.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930