Xəstəni ziyarət etməyin savabları
Mьəllif: admin1
Tarix: 13-10-2020, 12:25
Xəstəni ziyarət etməyin savabları
Müsəlmanın müsəlman üzərində olan haqlarından biri odur ki, onu görən zaman salam versin. Xəstə olan zaman onu ziyarət etsin. O zaman ki, ölər – cənazəsini müşayiət etsin.

Xəstəni ziyarət etməyin savabları çoxdur. Bunların bəzilərinə diqəət edək.

İmam Rza (ə) buyurur: “O mömin ki, başqa mömini xəstə olan zaman ziyarət edər – əgər səhər olarsa, 70 min mələk onunla birlikdə olar, o zaman ki, onun yanında əyləşər, rəhmət onu əhatə edər və axşama qədər onun üçün istiğfar edərlər.

Əgər axşam olarsa – həmin əcr səhərə qədər onun üçün olar”.

Həzrət Peyğəmbər (s) buyurur: “O mömin ki, xəstə ziyarətinə gedər – Allahın rəhmətinə daxil olar. O zaman ki, həmin xəstənin yanında əyləşər – Allahın rəhmətinə daxil olar.

Əgər səhər çağı onu ziyarət etməyə gedərsə – 70 min mələk axşama qədər onun üçün dua edərlər. Əgər axşam çağı onu ziyarət edərsə – səhərə qədər 70 min mələk ona dua edərlər”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “O şəxs ki, müsəlman qardaşının ziyarətinə gedər – behiştin yığılmış meyvələri arasından yol gedər.

O zaman ki, xəstə yanında əyləşər – Allahın rəhməti onu əhatə edər. Əgər səhər onu görməyə gedərsə – o biri günə qədər 70 min mələk onun üçün dua edərlər”.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, xəstə ziyarətinə gedər – həmişə İlahi rəhmət arasından yol gedər, o zamana qədər ki, əyləşər.

O zaman ki, xəstə yanında əyləşər – İlahi rəhmətə qərq olar”.
(İslami saytlara istinadən)


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031