İlahi qürb nədir?
Mьəllif: admin1
Tarix: 11-10-2020, 21:43
İlahi qürb nədir?
Təqərrüb “qürb” sözündən götürülmüşdür və mənası “yaxın olmaq” deməkdir. Yaxınlaşma həm maddi və həm də mənəvi ola bilər.

Zəngin insan üçün yaxınlaşma – xüsusi vəzifəyə çatmaqdır. Ancaq o zaman ki, bu məfhum bəndənin Allaha yaxınlaşmasına aid olar – o zaman mənəvi libasa bürünər.

İnsanın Allaha yaxınlaşmasından söz düşən zaman onun ruhani halı nəzərdə tutulur, məkan və ya zaman nəzərdən yaxın olması deyil.

Dinimiz Allaha yaxınlaşmağın bir çox yollarını bizə tanıtmışdır.

Onlardan biri saleh əməllərdir. Çünki saleh əməl insanın təqvasını gücləndirər. Təqva isə insanın Allaha yaxınlaşmasına gətirib çıxardar.

Allah Təala buyurur ki, insanın xəlq olmasının əsil səbəbi odur ki, o, bəndə olsun. Allaha yaxınlaşıb ibadət əhlindən olsun. Bəndə olması üçün isə sağlam ağıla və vəhyə ehtiyacı vardır. Belə ki, sağlam ağıl – daxili hidayətçisi, vəhy isə zahiri hidayətçisi olar.

Hər kimin həm daxili və həm də zahiri hidayətçisi olar – o, İlahi təqvaya malik olar. Hər kimin İlahi təqvası olar – o, yəqinə çatar və yaxşı bilər ki, hər şeydə Allahın hikməti hakimdir. Belə bir insan İlahi rəngə boyanar və Allahın yer üzündə xəlifəsi olar.

Saleh əməllər içərisində insanı Allaha yaxınlaşdıran ən mühüm əməl – namazdır. İnsanı Allaha yaxınlaşdıran başqa bir əməl – duadır.

Həmçinin Həzrət Peyğəmbərə (s) və Əhli-Beytinə (ə) salavat göndərmək, istiğfar, tövbə, ubudiyyət, iman, təvəssül, xof və rəca, səcdə – insanı Allaha yaxınlaşdıran saleh əməllərdəndir.

Beləliklə, deyə bilərik ki, insanın kamala çatmasında ən mühüm məqsədi – İlahi qürb məqamı olmalıdır. İnsan məhz Allaha yaxınlaşaraq, kamala çata bilər. Ona görə də çalışmalıdır ki, həyatdakı ən mühüm hədəfi İlahi qürb məqamına çatmaq olsun.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930