İnsan dünyanı sevərsə, qəlbində Allah üçün yer qalmaz
Mьəllif: admin1
Tarix: 5-10-2020, 13:25
İnsan dünyanı sevərsə, qəlbində Allah üçün yer qalmaz
Nəql edilir ki, bir dəstə insan Hatəm Bələxinin xidmətinə gəlirlər və ondan xahiş edirlər ki, bildiyi hikmətlərdən onlara nəsihət versin.

Hatəm buyurur: “Nəsihət edərəm, ancaq bir şərtlə ki, sirrinizi məndən gizlətməyəcəksiniz”.

Deyirlər: Gizlətməyəcəyik.

Buyurur: Dünya – Allahın sevdiyidir, yoxsa düşmən bildiyidir?

Deyirlər: Düşmən bildiyidir.

Buyurur: Siz dünyanı sevirsiniz, yoxsa düşmən bilirsiniz?

Deyirlər: Sevirik.

Buyurur: Dərvişlik (zahidlik) – Peyğəmbərin (s) sevdiyi əməldir, yoxsa düşmən bildiyi?

Deyirlər: Sevdiyi.

Buyurur: Siz dərvişliyi sevirsiniz, yoxsa düşmən bilirsiniz?

Deyirlər: Düşmən bilirik.

Buyurur: Siz Allahın düşməni ilə dost olmusunuz və Peyğəmbər (s) dostu ilə düşmən, Hatəmin nəsihəti sizə nə etsin?

Soruşurlar: Bəs nə edək?

Buyurur: Üç şeyə əməl edin, bəlkə halınız yaxşı oldu: dinin həsrəti, bu günü qənimət bilmək və sabahdan qorxmaq”.

Nəql edilir ki, Allah Təala Həzrət Davuda (ə) belə buyurur: “O zamana qədər ki, bəndə dünya sevgisini qəlbindən çıxartmaz, Mənim sevgimə malik olmaz.

Namazdan əvvəl namazı düşünməzsə, namazda hal tapmaz.

Sədəqə məqamına çatmazdan əvvəl ürəyini malından ayıra bilməz. Sədəqə məqamına çatanda isə sədəqə verə bilməz”.

Yəni, insan əgər dünyanı sevərsə, qəlbində Allaha yer qalmaz. Namaz qılsa da, sədəqə məqamına çatsa da, niyyəti dünya olar. Bu sevgini daşıyan insan Allahı sevə bilməz.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930