İmam Hüseynə (ə) bu qədər əzadarlıq etməyin səbəbi nədir?
Mьəllif: admin1
Tarix: 25-09-2021, 10:44
İmam Hüseynə (ə) bu qədər əzadarlıq etməyin səbəbi nədir?
Hər bir millətin keçmiş hadisələri o millətin və digər millətlərin taleyində böyük təsirə malik ola bilər.

Əgər o hadisə faydalı bir hadisə olub və öz yerində təsirləri olubsa, onu yaşatmaq və araşdırmağın çoxlu təsirləri və nəticələri ola bilər.

Onu unutmaq isə insan cəmiyyəti üçün dözülməz ziyanlara səbəb ola bilər. Çünki millətlərin tarixində yaranan mühüm hadisələr, xalqlar üçün böyük itkilərlə yaranışdır.

Bu itkilər madi və mənəvi itkilər ola bilər. Məsələn böyük şəxsiyyətləri itirmək, bir millətin əzab və çətinlik çəkmələri və ...

Buna əsasən, insanların ibrət almaları olduğu bu böyük hadisələr və təcrübələr, hər bir xalqın hətta bütün insanların böyük təcrübələrindəndir. Belə hadisə və təcrübələrin qorunub, yaşanması və istifadə olunmasına ağıl hökm edir.

Şübhəsiz, müxtəlif cəhətləri olan aşurada baş verən böyük hadisə, insanlar üçün baş vermiş itkili hadisələrdən biridir. Çünki məsum imamın (ə) (kamil insan) və o həzrətin vəfalı dostlarının şəhid olması və o həzrətin ailə və uşaqlarının əziyyət və çətinlikləri və... kimi bahasına başa gəlmişdir.

Digər bir tərəfdən, qurup və tayfa mənfəətləri üçün) olmayıbdır. Əksinə Kərbəla hadisəsi, Hüseyn ibn Əlinin (ə) və vəfalı dostlarının şəhid olmaları bir məktəbdir.

Hansı ki, tövhid, imamət, yaxşılığa əmr və pislikdən çəkindirmə, həqiqət tələbəlik, zülümlə mübarizə, nəfsin kəraməti, izzət və... kimi ibrət və hədəfləri var.

Əgər bu insan tərbiyə edən məktəb, nəsildən nəslə insanlar arasında yayılsa, insanlar onun üçün ödədikləri bahanın qarşısında ondan faydalanıb, ən çox mənfəəti əldə edə bilər.

Amma əgər Allah eləməmiş, bu hadisə unudulub, ya təhrif olsa, insan cəmiyyətinə xüsusilə dindarların cəmiyyətinə çoxlu zərər dəyəsək.

Əgər məsum imamların (ə)[1] o həzrətin əzadarlıq məclislərini keçirməyə təkid olunduğunu görürüksə, bu ona görədir ki, o həzrətin insan tərbiyə edən məktəbi həmişə yaşasın və qanın qılınca və həqiqət tələbliyin haqla mübarizəyə qalib gəlmə təcrübəsi həmişə yanan alov kimi, insanların yolunu işıqlandırsın.

Məsumların (ə) bu təkid etmələri imam Hüseynin (ə) əzadarlıq məclislərinin o həzrətin şəhid olduğu zamandan indiyə kimi, bir yaşayan, fəal və inqilabi hərəkət formasında olmasına və minlərlə şair, yazıçı və xətibin bu barədə söz demələrinə səbəb olubdur.

Baxmayaraq ki, düşmənlər bu böyük hadisəni təhrif etmək üçün geniş fəaliyyətlər ediblər. amma elə əzadarlıq məclisləri, islamın həmişəlik yaşamasına və Hüseyn ibn Əlinin (ə) dünyanın hər yerində şüarlarından biri olaraq zülmlə mübarizə şüarı yayılır.

Dediyimiz kimi, aşura hadisələrini qorumaq və yaşatmaq elə bir məsələdir ki, ağıl açıqca ona dəlalət edir və məsumların (ə) belə bir mərasim və məclisləri yaşatmaq üslubu olubdur.

İmam Rza (ə) buyurur: "Atamın (imam Musa bin Cəfər (ə) ) həmişəlik üslubu bu idi ki, Məhərrəm yetişən zaman onun ağlamaq və müsibət günü idi. Aşura on günlüyü keçməyincə üzü gülməzdi. Aşura günü onun ağlamaq və müsibət günü idi."[2]

Əlqəmə bin Məhəmməd Həzrəmi deyir: "İmam Baqir (ə) Hüseyn (ə) üçün ağlayır və nalə edirdi. Evində olan bütün şəxslərə ağlamaq əmri verirdi. O həzrətin evində əzadarlıq məclisi təşkil olurdu. Və o müsibəti bir-birlərinə təsliyət deyirdilər."[3]

Bilməlisiniz ki, həzrət Hüseyn (ə) bin Əli Allah yanında olan dərəcə ilə, belə bir əzadarlıq mərasimlərinə ehtiyacı yoxudur. İmamların (ə) belə bir məclisləri təşkil etməyə təkid etmələri, bu məclislərin təsir və nəticəsinə görədir. Onların bəzisi bunlardan ibarətdir:[4]

1. İmam Hüseynin (ə) ardıcılları arasında vəhdət yaratmaq: Həcc mərasimi, islam firqə və məzhəblər arasında vəhdət yaratdığı kimi, bu məclislər o həzrətə məhəbbəti olan və şiələr arasaında vəhdət və birliyi möhkəmlədir.

2. Camaatın imamların yolu ilə tanış olması: Çünki bu məclislər o həzrətin üslub və hədəflərini açıqlamaq üçün ən yaxşı fürsətdir. Belə məclislərdə iştirak edən insanlar, belə məsələləri qəbul etməyə daha hazırdırlar.

3. İlahi höccətlərlə qəlbi bağlılıq yaratmaq və o həzrətlərin xüsusi köməklərindən faydalanmaq: Çünki imamlar (ə) belə məclisləri təşkil etməyə çox təkid ediblər.

Belə məclisləri təşkil etmək, əslində imamların əmrinə itaət etməkdir. Məlumdur ki, bu əmrə tabeçilik, o həzrətlər tərəfindən cavabsız qalmayaq.

4. Aşura hadisəsini açıqlayanda, islam düşmənlərinin zülmləri açıqlanan və islam xilafətinə iddialıların həqiqi üzü ortaya çıxan zaman, eşidənlərin zehnləri öz cəmiyyətlərindəki mövcud təhriflərə yönəlir və hər zamanın Yezidindən uzaqlaşmaq və zəmanəsinin Hüseyninə itaət etməklə, öz cəmiyyətlərini düzəltmək istəyirlər.

Zülm və düz yoldan çıxmaların xüsusiu bir zamana aid olmadığını və hər zaman cəmiyyətin belə bir hadisələrə düçar olmasını anlayırlar.

Başqa sözlə, bu məclislər insanların öz zamanları barəsində məlumatlı olmalarına səbəb olur. İnsan öz vəzifələrini bu məclislərdə tanıyırlar.

Bunlar imam Hüseynin (ə) əzadarlıq məclislərinin bəzi nəticələri və təsirləridir ki, belə bir məclislər tətil olunan zaman, cəmiyyət ondan məhrum olacaq.

Diqqət olunası məsələ budur ki, böyük aşura hadisəsi ən yaxşı formada keçirilməlidir. Elmi seminar keçirtməklə ya film çəkmək və kitab və roman yazmaqla, o hadisənin xatirəsini yaşatmaq mümkündür.

Amma bunların heç biri ən yaxşı üslub deyil. Çünki insan mərifət, cəmiyyət, təbiət, hiss və ...müxxtəlif cəhətlərin toplusudur.

Əgər biz Kərbəla hadisəsi kimi dəyərli və mühüm bir hadisəni yaxşı bir formada yaşatmaq və insanları onun nemətlərindən faydalandırmaq istəyiriksə, onun mərasim və əzadarlığı elə formada olmalıdır ki, insanın bütün bu vücudunun cəhətləri onu yaşatmaqda, rolu olmalıdır.

Bnuna əsasən, imam Hüseynin (ə) əzadarlıq məclisləri adət formasında imamların (ə) zamanından indiyəcən həmişə qəm, göz yaşı və müsibətləri açıqlamaqla birgə olubdur. Belə ki, insanların hissiyyatını təkrik etmək, bu məclisləri yaşatmaq üçün ən yaxşı formadır.

Çünki bu formada bu hadisənin xırdalıqlarını tanımaqdan əlavə, qəlbin dərinliyi ilə əlaqəlidir. Ona görə də hamı belə məclisləri təşkil edən özlərini borclu sayır və mövcud imkanlarla (pul, elm, qələm, danışıq və...) bu məclisləri təşkil etməyə çalışrlar.

Əlbəttə bu barədə həmişə təhriflərə diqqət etmək lazımdır ki, imamlar həmişə bizə xəbərdarlıq ediblər.

Bundan əlavə, Hüseyn bin Əli (ə) insanlıq və bəşər dəyərlərinin yolunun şəhidi olduğuna görə, bütün nəsillər insan fitrəti və haqq tanımaqlıq hökmünə əsasən o həzrətin və dostlarının fədakarlığına təşəkkür etməyi özünə lazım bilir. (belə bir məclislər keçirtməklə).

Deyilənlərə əsasən insanlar insani dəyərləri qorumaq və onlara doğru hərəkət etmək üçün, o həzrətin xatirəsini həmişə yaşatmağa ehtiyaclıdırlar.

Əgər bir gün Hüseyn bin Əli (ə)- ın adı və o həzrətin fədakarlıq və hədəflərinin xatirəsi unudulsa, bəşər cəmiyyəti zərər görəcəkdir.

Bu məsələni Quran da təsdiqləyir. Qurani- məcid İbrahim surəsində həzrət Musa (ə)- ya əyyamullahı camaata xatırlatmağı əmr edir:

«... و ذکّرهم بایام الله انّ فی ذلک لایات لکل صبّار شکور»[5]

Yəni: Allahın günlərini camaata xatırla, çünki bu günlərdə səbrli və şükr edən insanlar üçün əlamətlər var."

Ustad Əllamə Təba-Təbai bu ayənin təfsiri barəsində deyir: "Şübhəsiz, Əyyamullahdan məqsəd, o zamanlardır ki, Allahın əmri, onun yeganəliyi və onun səltənəti aşkar olub və ya aşkar olur... Həmçinin Allahın rəhmətinin zühur etdiyi günlər.

Əlbəttə o günlər ki, ilahi nemətlər elə aşkar olublar ki, digər günlərdə o cür aşkar olmayıblar. Həzrət Nuh (ə)- ın gəmidən çıxdığı gün və həzrət İbrahimin (ə) oddan nicat tapdığı gün və ...kimi."[6]

Buna əsasən, aşura hadisəsi və Hüseyn bin Əli (ə) və dostlarının hüznü ilə islamın yaşaması Əyyamullahın mənalarından biridir ki, bizim hamımız onu xatırlamaq, nizamlamaq və əzizləməyə əmr olunmuşuq.


[1] - Biharul- ənvar, cild 44, səh 292, Vəsailüş- şiə, cild 3, səh 282.

[2] - Vəsailüş- şiə, cild 10, səh 394.

[3] - Vəsailüş- şiə, cild 10, səh 398.

[4] - Daha çox məlumat almaq üçün baxın: Göstərici; Bəqi ziyarətçilərinin ağlaması.

[5] - İbrahim surəsi, ayə 5.

[6] - Əl- mizanın tərcüməsi, cild 2, səh 23.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930