Behiştin ən ali məqamı necə adlanır?
Mьəllif: admin1
Tarix: 30-09-2020, 13:23
Behiştin ən ali məqamı necə adlanır?
Firdovs – behiştin ən üstün mənzilgahıdır.

Quran ayələri buyurur ki, Firdovs – imanlı və saleh insanların məkanıdır.

Bəs məgər behiştin başqa yerlərində yaşayan insanlar imanlı deyilmi?

“Həqiqətən, iman gətirmiş və yaxşı işlər görmüş kəslərin ilk qəbul yerləri Firdovs bağlarıdır”. (“Kəhf” 107).

Behiştə imansız insanların yolu yoxdur. Ancaq behiştin dərəcələri vardır və hər kəs iman və əməlinin dərəcəsinə görə, bu məqamların birində sakin olar. Firdovs – behiştin ən ali məqamıdır.

Qurani-Kərimin buyurduğu kimi, burada iman gətirmiş və yaxşı işlər görmüş şəxslər sakin olacaqlar. Ancaq iman səviyyəsi yüksək olan şəxslər, adi insanlar deyil.

Qurani-Kərim Firdovs bağlarına daxil olacaq möminlərin sifətlərini “Muminun” surəsində bizlərə tanıtmışdır.

Burada möminlərin elə sifətləri vardır ki, heç də bütün möminlərdə mövcud deyildir. Bu, da ona dəlalət verir ki, Firdovs bağlarının sakinləri ali imana malik olan insanlar olacaqdır.

Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman Allahdan behişti istəsəniz – məxsusən, Firdovsu istəyin ki, behiştin ən kamil mənzilgahıdır”.

Həzrət Rəsuli-Əkrəm (s) bununla buyurur ki, möminlərin hümməti ali olmalıdır və behiştin özündə belə, ən ali məqama çatmağa çalışmalıdırlar.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031