Həsədin 3 nişanəsi. Həsəd aparanın aqibəti
Mьəllif: admin1
Tarix: 28-09-2020, 18:52
Həsədin 3 nişanəsi. Həsəd aparanın aqibəti
Qurani-Kərimin ayələrindən belə nəticəyə gəlmək olur ki, nifaqın əlamətlərindən biri – həsəddir. Münafiqin yeri isə cəhənnəmin ən aşağı dərəcəsindədir.

“Şübhəsiz, münafiqlər odun ən aşağı təbəqəsindədirlər və onlar üçün əsla bir yardımçı tapmayacaqsan”. (“Nisa” 145).

Hər kəs öz nəfsinə baxmalıdır ki, görsün onda həsəd hissi vardırmı? Əgər vardırsa, gərək özünü islah etsin. Məbada nifaqa səbəb olar ki, özü belə bundan agah olmaz.

“Əgər sənə bir yaxşılıq (qələbə və qənimət) yetişsə, bu, onları narahat edər və əgər bir müsibət (məğlubiyyət yaxud bir ziyan) yetişsə, «biz işimizi(n ehtiyatını) qabaqcadan götürmüşük» deyər və şad halda (öz yerlərinə) qayıdarlar”. (“Tövbə” 50).

“Yoxsa onlar Allahın insanlara (Həzrət Peyğəmbərə (s) və onun Əhli-Beytinə (ə)) Öz fəzlindən verdiyi şeyə görə paxıllıq edirlər? Həqiqətən, Biz İbrahim ailəsinə kitab və hikmət (peyğəmbərlik, şəriət və əqli maarif) verdik və onlara böyük bir hökümət əta etdik”. (“Nisa” 54).

Həsəd odur ki, bir şəxsin neməti vardır və həsəd aparan şəxs istəyir ki, həmin nemət aradan getsin və ya onun olsun.

Həsəd elə bir bəladır ki, ardınca töhmət və qeybət gətirər. Sonu isə nifaq olar. İnsanların pisliyini istəmək – nifaqın əlamətidir. İnsanların yaxşılığını istəmək isə imanın əlamətidir.

İmam Sadiq (ə) buyurur: “Loğman övladına deyir: “Həsəd aparanın 3 nişanəsi olar: (insanın) başının arxasından qeybət edər, üzbəüz gələn zaman yaltaqlıq edər, başqalarının giriftarlığından şad olar””.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031