İman əhli üçün Sirat körpüsü enləşəcəkmi?
Mьəllif: admin1
Tarix: 28-09-2020, 10:16
İman əhli üçün Sirat körpüsü enləşəcəkmi?
Sirat – o körpüdür ki, Qiyamət günü bütün insanlar onun üzərindən keçəcəklər. Ya cəhənnəmə düşəcək, ya da Siratı başa vuracaqlar.

İman əhli üçün Sirat körpüsü enlənməyəcəkdir. Onların iman səviyyəsindən asılı olaraq, sürətlərinə təsir edəcəkdir. Belə ki, bəziləri Sirat körpüsündən işıq sürətilə keçəcəklər. Bəziləri isə çox yavaş keçəcəklər.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “İnsanlar Siratdan keçən zaman müxtəlif dəstələrdə olacaqlar. O Sirat ki, tükdən ensiz və qılıncdan itidir, bəziləri işıq kimi keçəcəklər.

Bəziləri qaçan at kimi keçəcəklər, bəziləri əlləri və dizləri ilə gedəcəklər, bəziləri yolu iki ayaqları üstə gedəcəklər, bəziləri Siratdan asılacaqlar və bəzən bədənlərinin bir hissəsini atəş alacaqdır”.

O təqvalı insan ki, öz dini vacibatlarına əməl edər – günah meydanına daxil olan zaman özünü tez bir şəkildə oradan xilas edə bilir. Lakin bəzi möminlər vardır ki, imanları zəif olduğu üçün şeytanın (lən) vəsvəsələrinə qulaq asırr və günahı tərk etmək onlar üçün asan olmur.

Bu iki mömin tipi arasında çox böyük fərq vardır. Birincisi günahdan tez ayrıldığı üçün Siratdan da sürətlə keçəcəkdir. İkincisi günahı çətin tərk etdiyi üçün Siratdan keçməsi də yavaş olacaqdır.

Ona görə də deyə bilərik ki, iman əhlinin özü belə, Siratdan müxtəlif cür keçəcəkdir. Bəziləri iman səviyyəsinin yüksək olmasına görə sürətlə, bəziləri iman səviyyəsinin zəif olmasına görə yavaş halda Siratdan keçəcəklər.

Qiyamət günü insanın məhz əməlləri onun halının necə olmasını müəyyən edəcəkdir.

Uca Allah aqibətlərimizi xeyirli etsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930