İnsanları lənətləməyə dinimiz necə baxır?
Mьəllif: admin1
Tarix: 26-09-2020, 21:26
İnsanları lənətləməyə dinimiz necə baxır?
Bir insanın başqa insanı lənətləməsi müxtəlif səbəblərdən ola bilər. Burada 3 hala baxaq.

1. Dini səbəbə görə bir başqasını lənətləmək. Buna dinimiz pis baxmır. Misal üçün, kimsə din rəhbərinə zülm etmişdir, ya bilərəkdən haqqı gizlətmiş və inkar etmişdir, ya dini əqidəyə ləkə vurmuşdur... bu hallarda edilən lənətlər – məqbuldur. Belə lənət Allah tərəfindən həyata keçər.

2. Bir insan başqa insanı nəfsani istəyinə görə və ya intiqam almaq niyyətilə lənətləyər. Belə lənəti dinimiz bəyənmir. İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq:

“Lənət insanın ağzından bayıra çıxan kimi, onunla lənət etdiyi şəxs arasında tərəddüd edər – əgər həmin şəxs lənətə layiq olarsa, ona aid olar. Əgər olmazsa, sahibinə tərəf qayıdar”.

3. Zülm edilən insanın lənəti. Bəzi insanlar vardır ki, onların lənəti qəbul olunar. Onlar o kəslərdir ki, onlara zülm olunmuşdur və onlar məzlumdurlar.

Həzrət Peyğəmbər (s) buyurur: “Məzlumun duasından qorxun, çünki o, öz haqq duası ilə Allahdan istəyər və Allah da haqlı olandan haqqı əsirgəməz”.

Beləliklə, deyə bilərik ki, insanları elə-belə lənətləmək olmaz – insanın özünə qayıdar. Lənət o zaman həyata keçir ki, insan məzlum olsun, onun haqqı tapdalamış olsun.

Ya da dinə görə kimisə lənətləsin. Ancaq bu zaman lənəti həyata keçər. Əgər nəfsani istəkləri üzündən olarsa, həmin şəxsin özünə tərəf geri qayıdar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930