İmanı zəiflədən bu 4 amili nəzarətdə saxlamaq
Mьəllif: admin1
Tarix: 16-09-2020, 10:57
İmanı zəiflədən bu 4 amili nəzarətdə saxlamaq
İman – insan ilə Allahı birləşdirən rabitədir. İmanın iki əsası vardır: hiss və ya şüur, meyil və hərəkət.

İmanın ilk əsası – hiss və şüurdur. Ona görə də insanın Allahla ilk rabitəsi təkvini olar, sonrakı rabitəsi təşrii olar.

Bəs hansı amillər imanı zəiflədə bilər?

1. Həvayi-nəfs. Əgər həvayi-nəfsimizin ardınca getsək və meyillərimizi əsas tutsaq – o zaman ani ləzzətlər bizim imanımızı zəiflədər.

Bu zaman həvayi-nəfsimiz mane olacaqdır ki, imanı əmələ çevirək.

2. Dünyaya meyil. Dünya öz-özlüyündə dəyərə malikdir. Amma insanın dünyaya meyli, rabitəsi səbəb olur ki, imanına mənfi təsirlər qoya bilsin.

İnsanın imanı o zaman zəifləyər ki, həddən artıq çox dünyaya meyil göstərər. Onun üçün həssas olar və ona ürək bağlayar.

3. Şeytanın (lən) vəsvəsələri. Şeytan insanın çirkin əməllərini bəzəyərək və ona yalan vədələr verərək, imanı əmələ çevirməsinə mane olar və yolundan azdırar.

4. Qəflət. İmanı zəiflədən amillərdən biri də qəflətdir. İnsanın Allahdan qafil olması, Peyğəmbərin (s) risalətindən, İmamların (ə) vilayətindən, dünyada qonaq olmasından qafil olması imanını zəiflədər. Dinimiz bu cür insanı yatan insana bənzədir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930