Xanımların behiştə getməsi üçün... – Həzrət Zeynəbdən (s.ə) hədis
Mьəllif: admin1
Tarix: 10-09-2020, 22:11
Xanımların behiştə getməsi üçün... – Həzrət Zeynəbdən (s.ə) hədis
Həzrət Zeynəb (s.ə) babası Həzrət Peyğəmbər (s), atası Həzrət Əli (ə) və anası Həzrət Zəhra (s.ə) haqqında çoxlu hədislər nəql etmişdir.

Ayətullah Seyyid Muhəmməd Kazım Qəzvini Həzrət Zeynəbdən (s.ə) iki hədis nəql etmişdir ki, xanımlara aiddir.

Xanım Zeynəb (s.ə) buyurur: “Əziz Muhəmməd (s) biz qadınlar üçün elə bir hüquq müəyyən etmişdir ki, həyat yoldaşlarımız gərək ona riayət etsinlər.

Necə ki, onlar üçün hüquq təyin etmişdir ki, onlara riayət etmək bizim üçün lazımlıdır”.

Xanım Zeynəb (s.ə) buyurur: “Əziz Muhəmməd (s) buyurmuşdur: “O zaman ki, doğru düşünən və doğru əxlaqa malik olan qadın beş vacib namazını qılarsa, Ramazan ayının orucunu tutarsa və ətəyini pak və pakizə saxlayarsa və həyat yoldaşı ilə həmahəng olarsa, onun hüququna riayət edərsə – ona deyilər ki, behiştin hansı qapılarından istəsə, birindən Allahın gözəl və bol nemətli behiştinə daxil olsun”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930