Dostumuzun həyatına necə müsbət təsir qoya bilərik?
Mьəllif: admin1
Tarix: 10-09-2020, 22:08
Dostumuzun həyatına necə müsbət təsir qoya bilərik?
Necə edək ki, dostlarımızın və ətrafımızda olan insanların həyatına müsbət təsirlər qoya bilək və onları çirkin işlərdən çəkindirək?

1. Tədricilik. İnsanda pis sifətlər tədricən meydana gəldiyi kimi, yaxşı sifətlər də tədricən meydana gələr. Siz də gərək dostlarınıza yavaş-yavaş təsir edəsiniz.

Gözləməyəsiniz ki, qarşıdakı insan tez bir zamanda dəyişəcəkdir. Əgər qarşı tərəfə müsbət təsir qoymaq istəyirsinizsə, hövsələli olmalısınız.

2. Ünsiyyətin mərhəliliyi. Onlarla görüşən zaman xəbərləri onlara bir dəfəyə verməyin. Çalışın ki, qarşı tərəf özü sizə müraciət etsin.

3. Özünü tanımaq müsbət təsirlərə malikdir. Nəticədə insanı Allahı tanımağa gətirib çıxardar.

4. Onlara münasib örnəklər göstərmək. Cavanlar təbiət etibarı ilə kamala meyil etdikləri üçün, kamil insanları özlərinə örnək hesab etməyə çalışırlar.

Nəticədə gizli istedadları üzə çıxar və hədəfləri ali olar. Siz onlara doğru örnəkləri göstərməkdə yardım edə bilərsiniz.

5. Birbaşa tənqid etməmək. Əgər siz dostunuza nəyisə başa salmaq istəyirsinizsə, bunu birbaşa etməyin. Məktub yazaraq və ya bu haqda kitab hədiyyə edərək onun yanlışını göstərməyə çalışın.

6. Bir görüşdə bir mövzu haqqında danışmaq. O zaman ki, dostlarınız ilə görüşürsünüz, yaxşı olar ki, bir mövzudan artığı barəsində bəhs etməyəsiniz.

Çünki əgər dostunuzu müxtəlif mövzulara görə tənqid etsəniz, onun etirazını qazanarsınız.

7. Sual və cavab. Əgər dostunuza nəyisə başa salmaq istəyirsinizsə, bunu sual-cavab şəklində də edə bilərsiniz.

Misal üçün, əgər namaz haqqında, yaxud – xanımlara aid – hicab barəsində danışmaq istəyirsinizsə, ona bu haqda suallar verin.

Bu zaman dostunuz tənqiddən uzaq şəkildə sizinlə səmimi fikirlərini bölüşəcəkdir.

8. Görüş yeri. O zaman ki, dostlarınızla görüşmək istəyirsiniz, çalışın ya məsciddə görüşün, ya da müqəddəs məkanlarda. Bu yerlər insan ruhiyyəsinə müsbət təsirlər qoyar.

9. Müsbət cəhətlərini söyləmək. Əgər dostunuzu tənqid etmək istəyirsinizsə, ilk olaraq onun müsbət cəhətlərini saymaqla başlayın.

Bu zaman onun etimadını qazanarsınız. Ondan sonra onun mənfi cəhətlərini qarşı tərəfi incitmədən söyləyin.

10. Namaza təşviq edin. Namaz insanı günahdan saxladığı üçün, dostlarınızı namaz qılmağa təşviq edin. Çünki namaz ruha hüzur verər və insanı günahdan saxlayar.

11. Xəlvətdə tənqid etmək. Əgər dostunuzu tənqid etmək istəyirsinizsə, bunu xəlvətdə edin. İmam Sadiq (ə) buyurur: “Əgər dostunu başqalarının yanında tənqid edirsənsə, onu xar və zəlil etmiş olarsan. Əgər onu təklikdə tənqid edərsənsə, ona izzət vermiş olarsan”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031