Bu 9 amil insanın imanını gücləndirir
Mьəllif: admin1
Tarix: 10-09-2020, 08:35
Bu 9 amil insanın imanını gücləndirir
İmanı zəiflədən amillər olduğu kimi, insanın imanını gücləndirən amillər də mövcuddur ki, onlara nəzər salaq:

1. Tövbə. Tövbə – mənfiliklərə qarşı daxili qiyam deməkdir. İnsan özünü zəlil, Allahı uca hesab edər və etdiyi günahlara görə tövbə edər. Tövbə halı imanın güclənməsinə yardım edər.

2. Nəfsi mühasibə etmək. İnsan gün ərzində gərək əməllərinə nəzarət etsin. Günün sonunda isə yaxşı və pis əməllərini hesaba çəksin. Yaxşı əməllərinə görə Allaha şükür etsin və pis əməllərinə görə tövbə etsin.

3. Davamlı ibadət. İnsanın ibadətində davamlılığa malik olması və namazı əvvəl vaxtda qılmağa riayət etməsi – imanı gücləndirən amillərdəndir. Müəyyən zamanda Quran oxuması, gecə namazı qılması qəfləti ondan uzaqlaşdırar.

4. İbadət. Gündəlik vacib namazları yerinə yetirmək, oruc tutmaq, Quran oxumaq, sədəqə vermək, etikaf etmək, həcci yerinə yetirmək və bir çox digər gözəl əməlləri yerinə yetirmək – imanı gücləndirən amillərdir.

5. Zikr. Allahı zikr etmək imanı gücləndirər və onun qorunmasına səbəb olar. Zikr iki cür olar: dildə deyilən zikr, qəlbdə edilən zikr. Dildə deyilən zikr, qəlbdə deyilən zikrin müqəddiməsi olar.

6. Dua. Dua və münacat – imanı gücləndirən başqa amillərdəndir. Duada böyük əhəmiyyətə malik olan cəhət odur ki, biz nə qədər zəif olduğumuzu anlayır və bunu dilə gətiririk. Qüdrətli olan Allahdan hacətimizi istəyirik və Ona təvəkkül edirik.

7. İlahi övliyalara məhəbbət göstərmək. O zaman ki, insan bir başqa insanı kamil hesab edər və onun vurğunu olar – onun təsiri altına düşər.

Ariflərin dediyinə görə, İlahi övliyaları sevmək insanda olan rəzil sifətləri bir yerə toplayar və onları məhv edər. Nəticədə insanın imanı güclənər.

8. Din qardaşları ilə, möminlərlə görüşmək. Mömin qardaşlara məhəbbət göstərmək – imanı gücləndirən amillərdən biridir.

9. İradəni gücləndirmək. Əgər iradə güclü olarsa, insan rəzil sifətlərdən tez xilas olar və imanı güclənər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930