Gözəl əxlaqa malik olmayan, bu nəticələrlə qarşılaşacaqdır
Mьəllif: admin1
Tarix: 8-09-2020, 11:46
Gözəl əxlaqa malik olmayan, bu nəticələrlə qarşılaşacaqdır
İslam dini davamlı olaraq öz ardıcıllarını gözəl əxlaqa dəvət etməkdədir. Pis əxlaqı isə həmişə məzəmmət etmişdir. Çünki pis əxlaq insan həyatına ancaq mənfi təsirlər göstərər. Bu təsirlər hansılardır?

1. İnsanın ruhi əzab çəkməsinə səbəb olar. Pis əxlaqın insana vurduğu ziyanlardan biri budur ki, insan ruhi əzab çəkər. Çünki bu cür insan ruhi şadlıq əvəzinə, həmişə qəmgin və narahat olar. Bu insanın qəmi bitməz.

2. İnsanlar pis münasibət bəsləyər. Pis əxlaq səbəb olar ki, onun ətrafında olan insanlar ona nifrət etsinlər və onunla fasilə saxlasınlar.

3. Yaxşılıqları aradan aparar. O zaman ki, insanın əxlaqı pis olar, hər nə qədər yaxşı əməl görsə də qarşı tərəfə həmişə minnət qoyar və ona dili ilə əziyyət verər. Bu cür yaxşılıqların dəyəri aradan gedər.

4. Ruzinin azalmasına səbəb olar. İmam Əli (ə) buyurur: “O kəs ki, pis xasiyyət olar – ruzisi dar olar”.

5. Qəbir əzabı. Pis əxlaqa malik olan insan dünyada əziyyət çəkdiyi kimi, qəbirdə də əziyyət çəkər. Bu cür insanı qəbir əzabı gözləyər.

6. Qiyamət günü əzab çəkər. Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, bəndə pis əxlaqına görə cəhənnəmin ən alçaq dərəcəsinə çatar”.

Uca Allah cəmi iman əhlinə xoş əxlaq tofiqatı nəsib etsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031