Qiyamət günü Məsumların (ə) şəfaətindən bəhrə aparmaq üçün buna diqqət etməli
Mьəllif: admin1
Tarix: 3-09-2020, 10:14
Qiyamət günü Məsumların (ə) şəfaətindən bəhrə aparmaq üçün buna diqqət etməli
Ayətullah Müctəhidi Tehrani buyurur ki, Qiyamət günü bizdən soruşulacaq ilk şey – namazdır. Hədislərimiz buyurur ki, namaz – dinin sütunudur.

Əgər namaz qəbul olarsa, başqa əməllər də qəbul olacaqdır. Əgər namaz rədd olarsa, başqa əməllər də qəbul olmayacaqdır.

O zaman ki, biz məkətəbə gedirdik, məktəbin qanunu belə idi ki, hər kəs cəbr və həndəsə dərslərindən çıxarılardı – kəsilmiş olardı, baxmayaraq ki, qalan dərsləri qəbul olsa belə. Namaz da həmin cəbr və həndəsə kimidir.

Hədisdə oxuyuruq ki, İmam Sadiq (ə) şəhid olan zaman yaxınlarından istəyir ki, onun yanına gəlsinlər.

Sonra Həzrət (ə) buyurur: “Hər kim namazı yüngül hesab edərsə və məqamına etina etməzsə – şəfaətimiz ona nəsib olmayacaqdır”.

Həzrət Peyğəmbər (s) buyurur ki, Məsumların (ə) şəfaətindən məhrum olmaq namazla bağlıdır. Amma hər kim onu kamil yerinə yetirərsə, kamil mükafat aparacaqdır.

Beləliklə deyə bilərik ki, hər kim namazına diqqət edərsə və onun məqamını tanıyarsa, vaxtına və şərtlərinə əməl edərək yerinə yetirərsə – Qiyamət günü Məsumların (ə) şəfaətindən bəhrə apara biləcəkdir. Əks halda Məsumlar (ə) şəfaətini ondan götürəcəklər.



/Deyerler.org/


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930