Neynəva torpağının ətrini duymaq istəyirsənmi?
Mьəllif: admin1
Tarix: 19-08-2021, 10:42
Neynəva torpağının ətrini duymaq istəyirsənmi?
Abdullah ibn Nücəyy atasından belə nəql edir:

إنَّهُ سارَ مَعَ عَلِيٍّ (ع)، وكانَ صاحِبَ مَطهَرَتِهِ، فَلَمّا حاذى نَينَوى وهُوَ مُنطَلِقٌ إلى صِفّينَ فَنادى عَلِيٌّ (ع): اِصبِر أبا عَبدِ اللّهِ، اِصبِر أبا عَبدِ اللّهِ بِشَطِّ الفُراتِ. قُلتُ: وماذا؟ قالَ: دَخَلتُ عَلَى النَّبِيِّ (ص) ذاتَ يَومٍ وعَيناهُ تَفيضانِ، قُلتُ: يا نَبِيَّ اللّهِ، أغضَبَكَ أحَدٌ! ما شَأنُ عَينَيكَ تَفيضانِ؟ قالَ: بَل قامَ مِن عِندي جَبرَئيلُ قَبلُ فَحَدَّثَني أنَّ الحُسَينَ يُقتَلُ بِشَطِّ الفُراتِ. قالَ: فَقالَ: هَل لَكَ إلى أن اُشِمَّكَ مِن تُربَتِهِ؟ قالَ: قُلتُ: نَعَم، فَمَدَّ يَدَهُ فَقَبَضَ قَبضَةً مِن تُرابٍ فَأَعطانيها، فَلَم أملِك عَينَيَّ أن فاضَتا


Atam Siffeyndə Əlinin (ə) bayraqdarı idi. Onlar Neynəvaya çatdıqda, Həzrət səsini ucaldıb dedi: “Ey Əbu Abdullah, dayan! Fərat çayının kənranda gözlə!”

Atam dedi: “Axı nə olub?”

Həzrət buyurdu: “Bir gün Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gedib, onun ağladığını gördüm. Dedim: “Ey Allahın Peyğəmbəri! Sizi kim narahat edib? Axı niyə ağlayırsınız? ”
Həzrət buyurdu: “Heç kim. Bir az bundan qabaq Cəbrail yanımda idi. O, mənə xəbər verdi ki, Hüseyn Fərat çayının yaxınlığında qətlə yetiriləcək. (Cəbrail mənə dedi:)

İstəyirsənmi, sənə oranın torpağının ətrini duydurum? Dedim: Bəli! Bu zaman Cəbrail əlini uzadaraq bir ovuc torpaq götürüb, mənə verdi. Buna görə də, ixtiyarsız ağladım.” (“Əl-mocəmul-kəbir”, c.3, səh.108, hədis 2819.)

Maide.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031