İnsanın canı necə alınır? – Qurani-Kərimdə 4 dəstə ayə
Mьəllif: admin1
Tarix: 19-08-2020, 18:02
İnsanın canı necə alınır? – Qurani-Kərimdə 4 dəstə ayə
Qurani-Kərimdə ölüm haqqında dörd dəstə ayə nazil edilmişdir ki, onlarla tanış olaq.

Birinci dəstə ayələrdən belə başa düşmək olur ki, ölüm mövzusu birbaşa Allaha nisbət verilmişdir.

“Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır”. (“Zumər” 42).

İkinci dəstə ayələr Həzrət Əzrayilə işarə edir. “(Ya Peyğəmbər!) de: «Sizə müvəkkil olan ölüm mələyi sizi(n varlığınızın bütün həqiqətini təşkil edən ruhunuzu) kamil surətdə (bədəninizdən) alar (ayırar), (ruh qalar və bədən isə torpağa çevrilər), sonra (Qiyamətdə, həmin bədənin qəlibində) öz Rəbbinizin hüzuruna qaytarılacaqsınız!»”. (“Səcdə” 11).

Üçüncü dəstə ayələr ölümü İlahi elçilərə nisbət verir. “Nəhayət sizdən birinizin ölümü yetişəndə, Bizim elçilərimiz (Əzrail və köməkçiləri) onun canını alırlar. Onlar (həmin can alan mələklər öz vəzifələrini yerinə yetirməkdə) əsla səhlənkarlıq etməzlər”. (“Ənam” 61).

Dördüncü dəstə ayələr ölümü mələklərə nisbət verir. “Həqiqətən, mələklər özlərinə zülm etməkdə olan kəslərin canlarını alarkən, (onlara) deyəcəklər: «(Din baxımından) nə (vəziyyət)də idiniz?»”. (“Nisa” 97).

Ölümün bu cür fərqli olmasının səbəbi budur ki, ölümün mərtəbələri də müxtəlifdir. İlahi mələklər insanın canını alarlar və onlar ölüm mələyinin əmrini yerinə yetirərlər.

Ölüm mələyi isə Allahın əmrini yerinə yetirər. Əzrayil (ə) birbaşa Allahdan əmr alar və sonra İlahi mələklərə bu əmri çatdırar.

Ona görə də insanın canını alan əslində Allahdır və bu işi yerinə yetirən isə Əzrayil və onun köməkçiləri olan mələklərdir.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930