Bu keyfiyyət, insanı Peyğəmbərimizin (s) ən sevimlisi edər
Mьəllif: admin1
Tarix: 18-08-2020, 09:13
Bu keyfiyyət, insanı Peyğəmbərimizin (s) ən sevimlisi edər
Məsumlarımız (ə) buyurur ki, gözəl əxlaq vasitəsilə dünya və axirət xeyirini əldə et. Əgər dünyada yaxşı yaşamaq istəyirsənsə, gözəl əxlaq nümayiş etdir.

Gözəl əxlaq vasitəsilə həm dünya rifahını qazanarsan və həm də axirətdə hüzura çatarsan.

Qiyamət günü Həzrət Peyğəmbərə (s) yaxın olarsan ki, ən əziz məqam olacaqdır.

Həzrət Peyğəmbər (s) buyurur: “Mənim üçün sizlərin ən məhbubu və Qiyamət günü mənə ən yaxın məqamı olan – sizlərin ən xoş əxlaqa malik olanlarınızdır”.

Xoş əxlaq insana bu dünyada da hüzur gətirər. İnsanlar bu cür əxlaqa malik olan şəxsləri sevərlər. Onunla dost olmaqdan ləzzət alarlar. Çünki bir-birinə rahatlıq hissi verərlər.

Allah bu cür insanın ruzisini bol edər və ömrünü uzadar.

Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət günü mömin insanın əməl tərəzisinə gözəl əxlaqdan fəzilətli heç nə qoyulmaz”.

Hər kimin gözəl əxlaqı olarsa, Allah onu namazqılan olmadığı halda namaza tərəf meyil etdirər və həmin dərəcəyə çatdırar. Yəni, gözəl əxlaqı sayəsində Allahın sevimlisi olar və Allah onu namazqılanlardan edər.

Həzrət Peyğəmbər (s) pis əxlaqa malik olanlar haqqında buyurur: “Pis əxlaq – xəcalətdir. Sizlərin ən şər insanı – sizlərin ən pis əxlaqa malik olanlarınızdır”.

Allah bizləri pis əxlaqdan uzaq etsin və bizi gözəl əxlaq ilə bəzəsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031