Uşağın və ya əqli qüsuru olan insanın qeybətini etmək olarmı?
Mьəllif: admin1
Tarix: 18-08-2020, 09:10
Uşağın və ya əqli qüsuru olan insanın qeybətini etmək olarmı?
Qeybət o iyrənc əməldir ki, insanın abırını aradan aparar. Dinimiz insan kəramətinə və abırına xüsusi əhəmiyyət verən bir din olduğu üçün, qeybəti haram buyurmuşdur.

Çünki qeybət insanın heysiyyətinə təsir edir və onu digər insanların arasında rüsvay edir.

Bəs misal üçün, uşağın qeybətini etmək olarmı?

Dinimiz buyurur ki, uşaqları iki dəstəyə bölmək olur: başa düşənlər və başa düşməyənlər. O uşaqlar ki, artıq hər şeyi başa düşürlər – onların qeybətini etmək haramdır.

Yox, əgər kiçik yaşlı uşaqdırsa və heç nəyi başa düşmürsə - onun qeybətini etmək haram deyildir. Yəni, o, öz əməlləri barədə hesabat verirsə, artıq qeybətini etmək olmaz.

Bəs, əqli qüsuru olan insanın qeybətini etmək olarmı?

Əqli qüsuru olan insanın da hökmü uşaq kimidir. Əgər əqli qüsuru olan insan da hər şeyi başa düşürsə və qeybətdən narahat olursa – onun qeybətini etmək olmaz.

Yox, əgər ağlı elə səviyyədədir ki, heç nədən xəbəri yoxdur – onun qeybətini etmək haram deyildir.

Bəs, Əhli-Beyt (ə) yolçusu olmayan müsəlmanın qeybətini etmək olarmı?

Müsəlmanın – istər Əhli-Beyt (ə) davamçısı olsun, istərsə də başqa məzhəbdən olsun – onun qeybətini etmək haramdır. Məgər o firqələrdən başqa ki, onlar müsəlman hökmündə deyillər.

Bilmək lazımdır ki, qeybət o deyim sayılır ki, onu eşidən, görən olsun. Yəni, eşdib, görüb başa düşən bir kəs olsun.

Misal üçün, bir insan körpənin yanında kiminsə qeybətini edərsə, təbii onun qeybətinin əsəri olmaz. Çünki uşaq onun sözlərini eşidib başa düşmək həddində deyildir.

Eləcə də, əgər kar insanın yanında qeybət olunsa, yenə də həmin hökmdə olar.

Yaxud da, insan elə dildə qeybət edər ki, onu eşidənlər həmin dili başa düşməzlər.

Bəzən insan elə bilir ki, onun yanında kimsə vardır və o da qeybət edər – bu cür qeybət də təsirsiz olar. Misal üçün, kor insan elə bilər ki, yanında kimsə var və qeybət edər bu cür qeybət təsirsiz olar.

İnsanın qeybət edən zaman dilindən istifadə etməsi vacib deyildir, işarə ilə də qeybət etmək mümkündür. Misal üçün, kiminsə hansısa bir çatışmazlığını olduğunu işarə edərək bildirmək olar.

Hər bir halda qeybət haramdır və insan gərək dilini və rəftarını elə tənzimləsin ki, qeybətdən uzaq olsun. Çünki qeybət insanın həm dünyasını və həm də axirətini bada verər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031