Bu 4 surə sehrdən və cadudan nicat verər, göz dəyməsinin qarşısını alar, insanı ziyandan qoruyar
Mьəllif: admin1
Tarix: 20-07-2020, 18:47
Bu 4 surə sehrdən və cadudan nicat verər, göz dəyməsinin qarşısını alar, insanı ziyandan qoruyar
“Qul” ilə başlayan dörd surə – “İxlas”, “Kafirun”, “Nas” və “Fələq” surələridir. Bu dörd surə bir yerdə cəm olaraq, dörd “Qul” ilə başlayan surələri təşkil etmişdir. Bu dörd surənin bir çox təsirləri və bərəkətləri vardır ki, onlarla tanış olaq.

Adətən bu dörd surəni göz dəyməsində oxuyurlar ki, “Ayətül-kürsü” kimi xasiyyətə malikdir. Sehr və cadunu, göz dəyməsini aradan aparır.

Həmçinin özünün və övladlarının ziyandan uzaq qalması üçün bu surələri oxumaq tövsiyə olunmuşdur.

“Kafirun” surəsi.

“Kafirun” surəsi Quranın 109-cu surəsi olub, Məkkədə nazil olmuşdur.

İmam Sadiq (ə) buyurur: “Hər kim bu surəni cümə gecəsində yüz dəfə oxuyarsa, Peyğəmbəri (s) yuxuda müşahidə edə bilər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs “Kafirun” surəsini tilavət edərsə, şeytanlar ondan uzaq olar, Qiyamət gününün böyük çətinliyində salamatlıqda olar”.

Rəsuli-Əkrəm (s) buyurur: “Hər kim Günəş çıxan zaman bu surəni 10 dəfə oxuyarsa və dua edərsə – duası yerinə yetər”.

“İxlas” surəsi.

“Tövhid” və ya “İxlas” surəsi Quranın 112-ci surəsidir ki, Məkkədə nazil olmuşdur. Bu surə Allahın yeganə olmasından danışır və insana şirkdən nicat verir.

“Fələq” surəsi.

“Fələq” surəsi Quranın 113-cü surəsidir ki, Məkkədə nazil olmuşdur. Hər kim bu surəni oxuyarsa, sehrdən şəfa tapar və əmin-amanlıqda olar.

İmam Sadiq (ə) buyurur: “Hər kim yuxuda görsə ki, “Fələq” surəsini oxuyur, qadınların hiyləsindən, sehrbazların sehrindən amanda olar. Ruzisi çox olar”.

“Nas” surəsi.

Bu surə Quranın 114-cü surəsi olub, Məkkədə nazil olmuşdur. Allah Təala bu surədə Həzrət Peyğəmbərə (s) əmr edir ki, vəsvəsə edənlərin şərindən Allaha pənah aparsın.

Beləliklə, deyə bilərik ki, bu dörd surə insana sehrdən və cadudan nicat verər, göz dəyməsinin qarşısını alar və insanı ziyandan qoruyar.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930