İranda son sutkada 183 nəfər koronavirusdan vəfat edib
Mьəllif: admin1
Tarix: 17-07-2020, 22:25
İranda son sutkada 183 nəfər koronavirusdan vəfat edib
İranda son 24 saat ərzində 183 nəfərin koronavirusdan ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 13,791-ə çatıb.

SalamNews İSNA-a istinadla xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat-Lari deyib.

İran rəsmisi bu günkü açıqlamasında bildirib ki, son 24 saat ərzində ölkədə 183 nəfərin koronavirusdan ölümü qeydə alınıb və bu rəqəm ümumilikdə 13,791-ə çatıb.

Onun sözlərinə görə son sutkada ölkədə 2,379 nəfərin Covid-19 virusuna yoluxması qeydə alınıb və bu rəqəm ümumilikdə 269,440-a çatıb.

Bu ölkədə yoluxmuşlardan 232 mini sağalıb.

Hazırda İranda koronavirusun təhlükəsilə bağlı təqdim edilən təsnifata əsasən 10 əyalət qırmızı bölgə hesab olunur.
(SalamNews)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930