Günahlar silsiləsindən – Xəsislik
Mьəllif: admin1
Tarix: 17-07-2020, 22:08
Günahlar silsiləsindən – Xəsislik
Allah-Taalanın maddi və mənəvi nemətlərindən faydalanan insanın həmin nemətlərdən sədəqə, zəkat verməkdə, Allah yolunda xərc çəkməkdə xəsislik göstərməsi çox çirkin bir xüsusiyyətdir.

Var-dövlət Allah-Taalanın insana verdiyi əmanətdir. İnsan bu əmanətdən özü üçün istifadə etməli və artıq qalan hissəsini ehtiyacı olanlara verməlidir. İnsan ixtiyarına verilmiş mülkü mülk sahibinin istəyinə uyğun sərf etməlidir. Əgər bir şəxs başqasının əmanətini öz nəfsinin istəyinə uyğun sərf edərsə, sözsüz ki, cəzalandırılmalıdır.

Allah razılığının ziddinə olan var-dövləti şeytan və nəfs istəyinə uyğun xərcləmək böyük günahdır və bu günahın ağır əzabı vardır. Xəsislik şeytani bir xislətdir və bu xislətə malik insan ayə və rəvayətlərdə əzaba layiq bilinir. «Nisa» surəsinin 36-37-ci ayələrində buyurulur:

وَاعْبُدُواْ اللّهَ وَلاَ تُشْرِكُواْ بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَالْجَارِ ذِي الْقُرْبَى وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالجَنبِ وَابْنِ السَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ إِنَّ اللّهَ لاَ يُحِبُّ مَن كَانَ مُخْتَالاً فَخُورًا. الَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ النَّاسَ بِالْبُخْلِ وَيَكْتُمُونَ مَا آتَاهُمُ اللّهُ مِن فَضْلِهِ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُّهِينًا

«Allaha ibadət edin və heç bir şeyi Ona şərik qoşmayın, ata-anaya, həmçinin qohumlara, yetimlərə, yoxsullara, yaxın qonşulara, uzaq qonşulara, yaxın dostlara, yolda qalana və sahib olduğunuz qul və kənizlərə layiqli bir yaxşılıq edin. Həqiqətən, Allah təkəbbürlü və lovğa şəxsi sevmir. O kəslər ki, özləri xəsislik (paxıllıq) etməklə bərabər, başqalarını da xəsisliyə təhrik edir və Allahın Öz lütfündən bəxş etdiyi nemətləri gizlədərlər. Biz kafirlər üçün rüsvayedici əzab hazırlamışıq.»

İslam Peyğəmbəri (s) buyurur:

حُرِّمَتِ الجنّةُ على المَنّانِ، و البَخيلِ، و القَتّاتِ

«Behişt minnət qoyana, xəsisə və sözgəzdirənə haramdır.» («Vəsailuş-şiə», c.9, səh.452.)

Başqa bir hədisdə də belə buyurur:

خَصْلَتَانِ لاَ تَجْتَمِعَانِ فِي مُسْلِمٍ، اَلْبُخْلُ وَ سُوءُ اَلْخُلُقِ

«Müsəlmanda iki xislət olmaz: xəsislik və pis əxlaq.» («Biharul-ənvar», c.70, səh.301.)

Yenə buyurur:

اَلسَّخِيُّ قَرِيبٌ مِنَ اَللَّهِ وَ قَرِيبٌ مِنَ اَلنَّاسِ وَ قَرِيبٌ مِنَ اَلْجَنَّةِ بَعِيدٌ مِنَ اَلنَّارِ وَ اَلْبَخِيلُ بَعِيدٌ مِنَ اَللَّهِ بَعِيدٌ مِنَ اَلنَّاسِ بَعِيدٌ مِنَ اَلْجَنَّةِ وَ قَرِيبٌ مِنَ اَلنَّارِ

«Səxavətli şəxs Allaha, insanlara və Behiştə yaxın, Cəhənnəmdən isə uzaqdır. Xəsis şəxs isə Allahdan, insanlardan və Behiştdən uzaq, Cəhənnəmə isə yaxındır.» («Misbahuş-şəriət», c.1, səh.82.)

İmam Sadiq (ə) buyurur:

إِنْ كَانَ اَلْخَلَفُ مِنَ اَللَّهِ عَزَّ وَ جَلَّ حَقّاً فَالْبُخْلُ لِمَا ذَا

«Əgər Allah yolunda sərf olunmuş bir malın əvəzi Allah-Taala tərəfindən veriləcəksə, xəsisliyin mənası nədir?!» («Biharul-ənvar», c.70, səh.300.)

İmam Kazim (ə) buyurur:

الْبَخِيلَ مَنْ بَخِلَ بِمَا افْتَرَضَ اللَّهُ

«Xəsis o kəsdir ki, Allahın ona vacib etdiyini yerinə yetirməkdə xəsislik göstərir.» («Kafi», c.4, səh.45; “Kumeyl duasının şərhi”, Ustad Hüseyn Ənsarian, səh.111-112.)

Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930