Bu 3 sifət – ən çətin, amma ən dəyərlidir
Mьəllif: admin1
Tarix: 22-06-2020, 18:22
Bu 3 sifət – ən çətin, amma ən dəyərlidir
Həzrət Peyğəmbər (s) buyurur: “Əməlin seyyidi və sərvəri – başqaların haqqını özündən istəmək, Allaha xatir din qardaşına əl tutmaq, Allahı hər bir halda yada salmaqdır”.

Müsəlman, ancaq kəlmeyi-şəhadətləri deyərək müsəlman olmaz. Müsəlman elə olmalıdır ki, nə zaman İlahi məsələ irəli gəlsə – ona əməl etsin və nə zaman Allahın qadağası ilə üzləşdi – onu tərk etsin.

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim malını yoxsula verərək yoxsulla həmdərdlik edərsə və özündən insaf göstərərsə – o, həqiqi mömindir”.

Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim özü tərəfindən insanlara haqq verər – başqaları üçün qazi olması məqbuldur”.

İnsaf – iman əhlinin ən fəzilətli sifətlərindəndir. İnsaf odur ki, o şeyi ki, özün üçün istəyirsən və bəyənirsən – başqaları üçün də onu bəyənəsən. İnsanların haqqını əda edəsən.

Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) tövsiyəsində buyurur: “Üç şey əməlin sərvəridir: insaf, bərabərlik, Allahı zikr etmək”.

Əgər insanda bu üç sifət olarsa, imanı artar və güclənər. İnsanlar da iman əhlindən məhz bu üç əməli gözləyirlər.

İstəyirlər ki, insaflı olsun, hamı ilə malı ilə bağlı bərabər hüquqla rəftar etsin, Allahı zikr edən olsun və Allahdan çəkinən olsun. Allahın bəyəndiyi sözlər danışsın.

İmam Sadiq (ə) buyurur ki, üç sifət bəndələr üçün ən çətin sifətlərdir:

Birincisi – insanlarla özün arasında insafa riayət etməkdir.

İkincisi – malında din qardaşlarına qarşı bərabər olmaqdır.

Üçüncüsü isə hər bir halda Allahı yada salmaqdır.

Bəli, insaf – o dəyərli sifətlərdəndir ki, yerinə yetirməsi çətin, ancaq çox dəyərlidir. İnsan olmağın və imanlı olmağın nişanəsidir. Hər kim insafa riayət edərsə, imanını gücləndirər və Allaha yaxınlaşar.



/Deyerler.org/

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930