Məğfirət vasitəsi
Mьəllif: admin1
Tarix: 20-06-2020, 18:20
Məğfirət vasitəsi
İslam Peyğəmbəri (s) buyurmuşdur:

أکثِرُوا مِن الاستِغفارِ فانّ اللَّهَ‏ عزّ وجل لم یُعَلِّمْکُمُ الاستِغفارَ الّا وهُو یُریدُ أن یَغفِرَ لَکُم

“Çoxlu istiğfar edin (Allahdan bağışlanma diləyin). Çünki Allah-Taala istiğfarı məhz sizi bağışlamaq üçün sizə öyrətmişdir.” (“Əd-dəəvat”, Ravəndi, səh.31.)

Allah-Taala “Ali-İmran” surəsinin 135-136-cı ayələrində buyurur:

وَ الَّذِینَ إِذا فَعَلُوا فاحِشَةً أو ظَلَمُوا أنفُسَهُم ذَکَرُوا اللهَ فَاستَغفَرُوا لِذُنُوبِهِم وَ مَن یغفِرُ الذُّنُوبَ إِلاّ اللهُ

“(Təqvalılar) o kəslərdir ki, bir pis iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allahı yad edib (tövbə edərək) günahlarının bağışlanmasını istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər?...”

أُوْلَـئِكَ جَزَآؤُهُم مَّغْفِرَةٌ مِّن رَّبِّهِمْ وَجَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا وَنِعْمَ أَجْرُ الْعَامِلِينَ

“Rəbbi tərəfindən onların (təqvalıların) mükafatı məğfirət (bağışlanma) və ağacları altından çaylar axan bağlardır. Onlar daim orada qalarlar. Əməl sahiblərinin mükafatı necə də gözəldir!”

İmam Sadiqdən (ə) nəql olunur ki, bu ayə nazil olduqda və tövbə edən günahkarlar ilahi məğfirətlə müjdələndikdə, İblis şox narahat oldu və bütün yaxınlarını uca səslə bir yerə topladı. Yaxınları ondan bu toplantının səbəbini soruşduqda, qeyd edilən ayənin nazil olduğunu vurğulayıb nigaran olduğunu bildirdi və çarə yolu istədi.

Şeytanlar müxtəlif təkliflər irəli sürsələr də, qəbul olumadı. Bu zaman Vəsvas-Xənnas adlı bir şeytan dedi: “Mən çarə yolunu bilirəm!” İblis soruşdu: “O hansı yoldur?” Vəsvas-Xənnas dedi: “Mən Adəm övladlarını vədələr və arzularla günaha salaram. Onlara vədə verərəm, arzularla başlarını qataram ki, günaha batsınlar.

Günaha batdıqda, Allah zikrini, Ona doğru qayıdışı, tövbə və istiğfarı onların yadlarından çıxararam.” İblis dedi: “Çarə elə budur.”

İblis bu məsuliyyəti dünyanın sonuna qədər onun öhdəsinə buraxdı. (“Vəsailuş-şiə”, c.11, səh.66; “Əl-əmali”, Şeyx Səduq, səh.465.)

Aydındır ki, tövbə və istiğfarı unutmaq günahın, səhlənkarlığın və şeytani vəsvəsələrin nəticəsidir. Sözsüz, buna giriftar olanlar Xənnasın vəsvəsələrinə təslim olan və ona uyan kəslərdir; başqa sözlə, onunla həmkarlıq edənlərdir.

Lakin ayıq, agah və imanlı insanlar daim özlərini qoruyurlar ki, onlardan bir xəta, bir günah baş verməsin. İlk fürsətdə isə, onun acılığını tövbə və istiğfar etməklə aradan qaldırır, onun təsir və ləkəsini qəlblərindən yuyub təmizləyir, İblis və onun ordusunun yolunu bağlayırlar ki, qəlbin bağlı qapılarını aça bilməsinlər. (“Təfsiri-nümunə”, c.3, səh.100.)

Söz mülkünün sahibi Əmirəlmöminin Əli (ə) necə də gözəl buyurmuşdur: “Özünüzü istiğfar edib Allahdan bağışlanma diləməklə ətirləyin ki, günahlarınızın pis qoxusu sizi rüsvay etməsin.” (“Müstədrəkül-vəsail”, c.5, səh.318.)


Maide.az
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031