Yəqin mərtəbəsinə çatmaq üçün bu yollardan keçmək lazımdır
Mьəllif: admin1
Tarix: 3-06-2020, 22:48
Yəqin mərtəbəsinə çatmaq üçün bu yollardan keçmək lazımdır
Yəqinin ilk mərhələsi – hüsuli-yəqindir ki, mütaliə, təhqiq və təfəkkür yolu ilə əldə olunur. Allahı tanımaq üçün kitablar oxumaq, tövhid haqqında təfəkkür etmək – insanı yəqinin ilk mərhələsinə çatdıra bilər.

Bu cür yəqinin seyr və suluk yoluna qədəm basmasına ehtiyacı yoxdur. Hər kəs səy göstərərək bu mərhələni əldə edə bilər. Bu mərhələdə olan yəqin – şəkki olmayan elmdir. Bəndə əmin olar ki, misal üçün, Allah mövcuddur.

Bu yəqin – imanın bünövrəsidir. Bu yəqin olmadan İslam dininə iman gətirmək olmaz. Çünki əgər insan şəkk etsə ki, Allah vardır, yoxsa yoxdur – o, müsəlman ola bilməz. Hədislərimiz buyurur ki, iman özünü yəqinlə gücləndirər.

Yəqinin başqa mərhələsi də vardır ki, imandan daha uca məqamda qərar tutur. Bu cür yəqin – nadir tapılan yəqindir. Belə bir insan aləmlərin sirlərini şühud etmək istedadına malik olar.

Belə bir yəqin mərhələsinə çatmaq üçün imanı gücləndirmək lazımdır. Həmçinin başqa amillər də yəqinin yaranmasına səbəb ola bilər.

O cümlədən, başqalarının yersiz məzəmmətindən qorxmamaq, riya etməmək, axirəti dünyadan üstün tutmaq, qəbahətli işlərdən həya etmək, gözəl əxlaqa malik olmaq, müsibətlərə səbir etmək, doğru danışmaq... Quran oxumaq da yəqinin güclənməsinə səbəb olan amillərdən hesab olunur.

Yəqinə çatmağın yollarından birini bu ayə bizlərə öyrədir. “Və o yəqin iş (hər bir canlı üçün labüd olan ölüm) sənə yetişənə qədər Rəbbinə ibadət et!”. (“Hicr” 99).

İbadətlərin içərisində namazın xüsusi yeri vardır. Allahla rabitənin ən uca məqamıdır.

Məsumların (ə) yəqinə çatmaq üçün tövsiyə etdikləri yollardan biri – İlahi qəzaya razı olmaqdır. Hər kim Allahın göndərdiklərinə razı olarsa, yəqinlik məqamı yüksələr və imanı artar.

Beləliklə, deyə bilərik ki, yəqinə çatmağın yolları – imanı gücləndirməkdən, ibadətdən, ubudiyyətdən ibarətdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930