Əmr etmisən ki, Səni çağırım və ehtiyac əlimi Sənə tərəf qaldırım… – Allahla münacat
Mьəllif: admin1
Tarix: 30-05-2020, 18:46
Əmr etmisən ki, Səni çağırım və ehtiyac əlimi Sənə tərəf qaldırım… – Allahla münacat
Allahım! İtaətimi riyadan pak et.

Allahım! Bizim adımızı o kəslərin cəmində qərar ver ki, namazı vaxtında qılarlar, qohumları ilə yaxşı rəftar edərlər.

Allahım! Sənə itaətimlə yaxınlaşmaq istəyirəm. Mənə səlahiyyət ver ki, övliyalarına verdiyin bərəkətlərdən bəhrələnə bilim. Təqvalı bəndələrinin, namaz və oruc tutan bəndələrinin savabını mənə də nəsib et.

Allahım! Sənə pərəstiş edirəm. Ehsanın sayəsində haqq yolunu axtarıram.

Ey Məbudum! Bəzən əfv və bağışlamağında ən mehriban məbudum olursan. Bəzən də cəza və intiqamda ən sərt cəza verən.

Ey Məbudum! Böyüklükdə ən böyüksən.

Allahım! Əmr etmisən ki, Səni çağırım və ehtiyac əlimi Sənə tərəf qaldırım. Ona görə ey Rəbbim! Şükrümü eşit və səsimə səs ver və büdrəmələrimdən keç.

Allahım, ancaq Səni çağırıram və Səndən qeyrisi ilə işim yoxdur. Səndən qeyrisinə ümidim yoxdur.

Allahım! Hər bir nemət Səndəndir və hacətlər yalnız Sənin vasitənlə həyata keçir. Ona görə də ey Mehriban! Mənə hüsnü-zənn və yəqinlik məqamı əta et.

Qəlbimdə rəhmətinə ümidi davamlı et. Başqalarına ümid bəsləməyimin köklərini qır ki, Səndən qeyrisinə ümid bəsləməyim. Səndən başqasına etimad etməyim.

Əfv və bəxşişinə görə mənim günahlarımı bağışla.

Nalayiq əməllərimə görə məni cəzalandırma və dualarımı yerinə yetir!

Ey mehribanların ən mehribanı!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930