COVİD-19: bioloji silah, informasiya silahı, yoxsa yeni dünya düzəni?
Mьəllif: admin1
Tarix: 15-05-2020, 22:27
COVİD-19: bioloji silah, informasiya silahı, yoxsa yeni dünya düzəni?
Bismillah!

Koronavirus var. Burada heç şübhə yoxdur.

Bütün xəstəliklərdən olduğu kimi, bundan da qorunmaq lazımdır. Bir az da daha diqqətlə qorunmaq. Bu da, birmənalı.

Bununla belə, koronavirus – istər qlobal, istərsə də, lokal anlamda – bir informasiya silahına çevrilib. Bu da, bir gerçəklikdir.

İnsanlar həm bioloji silah mövzusunda (böyük ehtimalla) qorunmaq məcburiyyətində qaldıqları halda, həm də informasiya terrorunun da canlı qurbanı olmaqdadırlar.

Hansı xəbərin gerçək, hansı xəbərin hansısa çıxarlar üçün yayılmasını ayird etmək – faktiki olaraq böyük çətinliyə çevrilib.

Bu, özü ilə, böyük mənada etimadsızlığa gətirib çıxarır.

Bunun sonu isə, çox təhlükəlidir. Qlobal etimadsızlıq. Heç bir xəbərə inanmamaq. Qlobal skepsisizm.

Deyəsən, xaos fəlsəfəsinin memarları bu dəfə məhlulu bir az tünd elədilər axı.

Yeni növ xaos meydana çıxdı – “İzolyasiya xaosu”.

Sosial zəncirlərin zəifləməsi, iqtisadi halqaların kritik həddə zədələnməsi, milyonlardan ibarət işsizlər ordusu, biznesin dünya üzrə çökməsi, qlobal stress, ÜST-nin ardı kəsilməyən dəhşətli proqnozları – iki aylıq pandemiya marafonunun nəticələrinin yalnız bir hissəsidir.

Heç bir əlahiddə izolyasiya tətbiq etməyən İsveçdə və Belarusda, eynilə ən sərt təcrid rejimi yeridən ölkələrdəki kimi yekun səhiyyə durumu.

Bəzi ölkələrdə morqlara çevrilən buz oyunları zalları fonunda, tam normal həyat tərzini davam etdirən ölkələrdə xəstəlik və tələfatın eyni dinamikası.

“İzolyasiya xaosu” memarlarının son oyunu bəşəriyyətə yaman baha başa gəldi. Mümkündür ki, ÜST burada yalnız bir alət rolunu oynayırdı. Və pandemiyanın məchulluq dəhşətindən xoflanan ölkələr, həmin bu “xof orkestri”ndə öz yerlərini tuturdular.

İndi isə bəşəriyyət oyanır. Suallar verir. Narahat suallar. Və bu suallara cavab gözlənilir.

Çökən iqtisadiyyatları kreditləyəcək BVF vasitəsilə, Fondun arxasında duran qüvvələrin sifarişi ilə yeni imperiya qurmaqdırmı vəzifə?

Qlobal maliyyə kapitalı tərəfindən real sektoru çökdürərək müflisləşdirmək, sonra dəyər-dəyməzinə ələ keçirməkdirmi perspektiv proqram?

Xammal ixracı oriyentasiyalı ölkələri yenidən koloniyalara çevirməkdirmi məqsəd?

Milli valyutaları dəyərdən salıb, hərtərəfli iqtisadi ekspansiya həyata keçirməkdirmi hədəf?

Qlobal psixoz atmosferində vaksin təşəbbüsü ilə total kontrol tətbiq etməkdirmi strategiya?

Bunlardan hansıdır qarşıya qoyulan məqsəd?

Mümkündür ki, bu bəndlərin hər birindən bir az hədəflənir.

Gec-tez bu sullara cavab tapılacaq.

Bəşəriyyət gərək bu xaos memarlarını durdursun.

Bəlkə də son “pandemiya draması” həm də qlobal ayılma üçün bir vasitə rolunu oynayacaq.

Hər qaranlıq gecənin bir işıqlı səhəri var.

Uca Allahdan bu müsibətli durumdan tezliklə çıxmaq diləyi ilə.



Hacı İlqar İbrahimoğlu

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930