Orucun dəyərini azaldan 5 amildən uzaq olaq
Mьəllif: admin1
Tarix: 21-04-2022, 23:43
Orucun dəyərini azaldan 5 amildən uzaq olaq
Orucun dəyərini azaldan ən mühüm amillər bunlardır:

1. Nalayiq fikirlər. Nəfsin orucu dedikdə, qəlbin və beş hiss orqanlarının nalayiq fikirlərdən uzaq olması nəzərdə tutulur.

Oruc tutan insanın qəlbi, oruc olmağı bacarmalıdır. Oruc insan bir çox şeylərdən çəkinər, onun qəlbi də bir çox bəyənilməyən şeylərdən çəkinməlidir.

İmam Əli (ə) buyurur: “Qəlbin orucu ki, günah düşüncəsindən üz döndərməkdir, qarın orucundan daha üstündür”.

Həzrət Əli (ə) başqa yerdə buyurur: “Qəlbin orucu dilin orucundan, dilin orucu isə qarın orucundan daha üstündür”.

2. Napak tikə. İnsan orucunu açan zaman pak tikə ilə açmalıdır. Yəni, halal və haramına diqqət etməlidir. Həzrət Peyğəmbər (s) buyurur: “Vay olsun o kəsin halına ki, orucunu haram yemək ilə iftar edər”.

3. Söz gəzdirmək. Orucun dəyərini azaldan amillərdən biri də söz gözdirməkdir. Peyğəmbər (s) buyurur: “Dörd şey orucun batil olmasına səbəb olur. Onlardan biri söz gəzdirməkdir”.

4. Ağvalideyn olmaq. O oruc ki, valideynin razılığı ilə tutulmamışdır, onda xeyir olmaz.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, ata və anasını qəmgin edər – ağvalideyn olmuş olar”. İmam Sadiq (ə) buyurur: “Ağvalideyn olmaq – kəbirə günahlardandır”.

5. Təkəbbür. Orucun dəyərini azaldan günahlardan biri də təkəbbürdür. Təkəbbür küfrün kökü adlandırılmışdır. İmam Sadiq (ə) buyurur: “O kəs ki, başqalarına dəyər verməz – təkəbbürə malik olar”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930