Qiyamət günü
Mьəllif: admin1
Tarix: 8-05-2020, 21:59
Qiyamət günü

Qiyamət günü haqqında müxtəlif fikirlər eşidirik, görəsən, qiyamət nə vaxt qopacaq, qiyamət günündən əvvəl və sonra nələr baş verəcək?

Qiyamet lüğətdə “əyilmək, ayağa durmaq, dayanmaq və canlıların Allah hüzurunda hörmətlə dayanacaqları gün” mənasindadir. Dini anlayışa görə, Allah taalanın əzəldən təqdir etdiyi zaman gəldikdə dünyadakı bütün canlıların ölmələri və bu dünyadakı həyatının başa çatmasıdır.

Quranda qiyamətin mütləq baş verəcəyi və o günün yaxın olduğu ayə "və ya (özünüzü) ürəyinizdə nəhəng bir məxluq bilin, (yenə də Allah sizi diriltməyə qadirdir)”.

Onlar deyəcəklər: “Bizi (həyata) kim qaytaracaq?” De: “İlk dəfə sizi yaradan!” Onlar istehza ilə başlarını yırğalayıb: “Bəs bu nə vaxt olacaqdır?”– deyəcəklər. De: “Bəlkə də, yaxın zamanda oldu! " (İsra, 17/51).

Allah taala Qiyamət surəsində buyurur: "And içirəm Qiyamət gününə! And içirəm peşmançılıq çəkən nəfsə! İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilməyəcəyik. Mütləq yığacağıq! Biz onun barmaq uclarını bərpa etməyə qadirik. Lakin insan bundan sonra da günah etmək fikrindədir.

O: "Qiyamət günü nə vaxt olacaq!"– deyə rişxəndlə soruşur. Gözlər bərələ qalacağı, ay tutulacağı və günəşlə ayın qovuşacağı zaman – o gün insan deyəcəkdir: "Hara qaçaq?" Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq. O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır. O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir" (əl-Qiyəmə, 1-13).

Eləcə də şiddət və dəhşətləri haqqında məlumat verilir. Ayın və Günəşin bir araya gələcəyi, insanın qaçacaq yer axtaracağı, qiyamətin ard-arda iki dəfə baş verəcəyi, süd verən anaların belə körpələrini atacağı, göyün yarılacağı, ulduzların töküləcəyi, insanın ana-atasından, ananin-uşağından qaçacağı, qısaca desək, göydə və yerdə nə varsa, hamısının məhv olacağı deyilir.

"Göy yarılacağı və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman; Yer dümdüz ediləcəyi, içindəkiləri kənara atıb boşalacağı və Rəbbini dinləyib boyun əyməyə hazır olacağı zaman; Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan! Kimin kitabı sağ əlinə veriləcəksə, o, yüngül sorğu-suala tutulacaq və sevincək öz ailəsinə qayıdacaqdır! Kimin kitabı arxa tərəfindən veriləcəksə, o özünə ölüm diləyəcək və alovlu oda atılacaqdır!" (əl-İnşiqaq, 1-12).
Quranın müxtəlif ayələrində də mövcuddur.

“Göy yarılacaq və həmin gün o, süst olacaq” (Haqqə surəsi, 16)

“Günəşlə ay birləşəcəyi zaman…” (Qiyamət surəsi, 9)

“Dağlar isə didilmiş yun kimi olacaq” (Qarisə surəsi, 5)

“Elə ki, yer lərzəyə gəlib parça-parça olacaq…” (Fəcr surəsi, 21)

“O saat (qiyamət saatı) mütləq gələcək” (Taha surəsi, 15)

“Dənizlər od tutub yanacağı zaman…” (Təkvir surəsi, 6)

O gün yer və dağlar lərzəyə gəlib titrəyəcək, dağlar yumşaq qum təpəsinə dönəcək” (Müzzəmmil surəsi, 14)

“Dağlar isə didilmiş yun kimi olacaq” (Qarisə surəsi, 5)

“Elə ki, yer lərzəyə gəlib parça-parça olacaq…” (Fəcr surəsi, 21)

“O saat (qiyamət saatı) mütləq gələcək” (Taha surəsi, 15)

Bunlar qiyamət günü baş verəcək dəhşətli hadisələrin bəzisidir. Həmin gün insanın dünyada dəyər verdiyi hər şey məhv olacaq, hamı Allahın rizası üçün edilən saleh əməllərdən başqa heç nəyin qiymətinin olmadığını anlayacaq.


İlahiyyatçı Həmzə Rüstəmzadə

Ahlibeyt.ge

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930