İslamın əvvəllərində oruc necə idi?
Mьəllif: admin1
Tarix: 25-03-2024, 11:22
İslamın əvvəllərində oruc necə idi?
Böyük Xəndəq döyüşü Ramazan ayında baş vermişdir. Mədinə müsəlmanları qarınları ac və susuz halda şəhərin ətrafında xəndəq qazırdılar.

Bu yolla az sayları ilə düşmənə qalib gəlmək istəyirdilər. O günlərdə oruc tutmaq – insanı taqətdən salan bir ibadət idi. Ancaq müsəlmanlar onun öhdəsindən gəlirdilər.

O dövrün şəriət hökmü elə idi ki, iftardan əvvəl yuxuya gedən bir şəxsin, artıq iftar etməyə ixtiyarı olmazdı. Məcbur olurdu ki, bu günün orucunu sabahkı oruca bağlasın.

Bu cür şəxslərdən biri də Cubeyr ibni Mətəm idi ki, xəndəq qazdığı yerdə huşdan gedir. Onu çiyinlərinə alıb huşa gətirdilər. Artıq iftar vaxtı idi, ancaq Cubeyrin xanımı hələ onun üçün yemək gətirməmişdi.

O, başını divara söykəyib gözünü yola dikmişdi. Bu halda onu yuxu aparır və artıq iftar etmək haqqını itirir. Gecəni ac və susuz halda səhər edir.

Sabahı günü yenə ac qarınla xəndəq qazmağa başlayır. Günəş şüaları ona imkan vermir ki, vəzifəsini yerinə yetirsin. Nəticədə yenə huşdan gedir və zəif düşür.

Bu ayə həmin cavan barəsində nazil olur. “(Oruc gecələri icazə verilir ki,) sübhün ağ sapı (gecənin) qara sap(ın)dan sizin üçün seçilənədək yeyin və için, sonra orucu gecəyə qədər tamamlayın”. (“Bəqərə” 187).

O gündən sonra orucun əhkamında dəyişiklik baş verdi. Oruc sadə bir ibadətə çevrildi və bu günümüzə qədər gəlib çıxdı. Ramazan ayı hələ sona çatmamış bu döyüş baş verdi.

Döyüşçülər bütün gecəni ibadət və münacat edərək keçirdilər. Sabahı günü iftixarla silahlarını götürüb döyüşə getdilər.

İmam Əli (ə) pəhləvan olan Əmr ibn Əbdüvədi cəhənnəmə vasil edərək, bu düyüşə son qoydu. Adətən döyüşçülər döyüşə gedən zaman az yemək yeyərdilər. Qorxardılar ki, qarınları hədəfə çevrilsin.

Cəməl döyüşündə Abdullah ibni Zubeyr, Malik Əştərlə vuruşur. Malik Abdullahın sinəsi üstündə əyləşir. Ancaq Abdullah onu çiynindən ata bilir. Maliki məzəmmət edirlər ki, tutduğu əsir necə onun əlindən azad ola bilmişdir.

Malik isə deyir: “Mən adətim üzrə üç gün və üç gecədir ki, yemək və içməkdən əl çəkmişəm. İstəmirdim ki, qarnım tox halda döyüşə gedəm. Düşmən də zəifliyimdən istifadə edib əlimdən qaçdı”.

Bəli, İslamın əvvəllərində tutulan oruc ilə indi tutulan oruc arasında fərq çoxdur. O zaman insanlar gündüz, iftardan əvvəl yatsaydılar, iftar etmək haqlarını itirərdilər. Həmçinin iftar zamanları da az idi. İndiki kimi səhər obaşdana qədər deyildi.

Lakin sonradan nazil olan ayələr bu əhkamları dəyişdirdi və orucu daha sadə bir ibadət halına saldı.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930