Ramazan ayının 7 xüsusi fəziləti
Mьəllif: admin1
Tarix: 20-03-2024, 15:23
Ramazan ayının 7 xüsusi fəziləti
O zaman və məkan ki, Uca Allahın adına aid olar – xüsusi əzəmət və məqama malik olar. Kəbəni, Allahın evi adlandırırlar. Ona görə də ora xüsusi əzəmətə və müqəddəsliyə malik olan məkandır.

Ramazan ayı Allaha məxsus olduğu üçün, xüsusi əzəmətə malikdir. Bu ayın fəzilətləri başqa aylardan fərqlənir.

Bu mübarək ayın fəzilətləri ilə tanış olaq:

1. Günahların məhv olduğu aydır. Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayı ona görə belə adlandırılmışdır ki, günahları yandırar”.

2. Atəşdən nicat ayıdır. Peyğəmbər (s) buyurur ki, Ramazan ayı elə aydır ki, əvvəli – rəhmət, ortası – bağışlanma və sonu –cəhənnəm atəşindən nicatdır.

İmam Sadiq (ə) buyurur ki, bu ayın hər gecəsində cəhənnəmdən günahkar bəndələr nicat taparlar.

3. Behiştin qapılarının açıldığı aydır. Həzrət Peyğəmbər (s) buyurur: “Ramazan ayının hilalı görünən zaman səmanın qapıları, behiştin qapıları, rəhmət qapıları açılar. Cəhənnəmin qapıları bağlanar”.

4. Şeytanların (lən) əsir olduğu aydır. Peyğəmbər (s) buyurur: “Allah qovulmuş hər şeytana 7 mələyi hakim edər və o şeytanlar azad olmaz o zamana qədər ki, sizin ayınız sona çatar”.

5. Duaların yerinə yetdiyi aydır. Həzrət Peyğəmbər (s) buyurur: “Səmanın qapıları o ayın ilk gecəsindən açılar. Agah olun ki, dua bu ayda yerinə yetər”.

Əmirəl-möminin (ə) buyurur: “Ramazan ayında çoxlu dua və istiğfar edin. Dua – bəlanı sizdən uzaqlaşdırar və bağışlanma istəmək – günahlarınızı pak edər.

6. Qədr gecəsi bu aydadır. Bu ayın müqəddəsliyi üçün elə bu kifayətdir ki, Quran bu ayda, Qədr gecəsində nazil olmuşdur.

Qədr gecəsi elə bir gecədir ki, mələklər yerə enər və insanların bir illik taleyi həll olar. Onların bir il boyunca başlarına gələcək hadisələrdən tutmuş, ruzilərinə qədər hər bir şeyləri təyin və tənzim olunar.

Bu gecə - böyük gecədir və Quranın da buyurduğu kimi, min gecədən daha üstündür. Belə bir əzəmətə malik olan gecə məhz Ramazan ayında qərar tutmuş və onun fəzilətini daha da artırmışdır.

7. Səma Kitabları bu ayda nazil olub. İmam Sadiq (ə) buyurur: “Tövrat, Ramazan ayından 6 gecə keçəndən sonra nazil olmuşdur.

İncil, Ramazan ayından 12 gecə keçəndən sonra nazil olmuşdur. Zəbur, Ramazan ayının 18-ci gecəsində nazil olmuşdur. Quran isə Qədr gecəsində nazil olmuşdur”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031