Orucun hansı hikmətləri var?
Mьəllif: admin1
Tarix: 4-04-2023, 10:39
Orucun hansı hikmətləri var?
Bəzi ibadətlərin ancaq bir tərəfi vardır ki, o da ibadi tərəfdir. Misal üçün, namaz kimi. Ancaq bəzi ibadətlərin bir neçə tərəfi olur, misal üçün, cümə namazı, həcc kimi. Bu ibadətlərin həm ibadi tərəfi vardır və həm də ictimai və siyasi tərəfi vardır.

Ancaq bəzi ibadətlərin tərəfləri daha çoxdur. Oruc – o ibadətlərdən biridir. Orucun əsası ibadətdir, ancaq eyni zamanda elmi, təcrübi və başqa tərəfləri də vardır. Bunların hamısını orucun hikməti adlandırırlar.

Misal üçün, elm tərəfindən sabit edilmişdir ki, oruc, oruc tutanın sağlamlığına müsbət təsir göstərər. Səbəb olar ki, bədənində olan toksinlər və zərərli maddələr xaric olsun. Bir növ bədəni təmizləyər.

Hədislərin birində də oxuyuruq ki, buyurulur: “Oruc tutun ki, sağlam olasınız”.

Orucun hikmətlərindən biri də budur ki, zəngin insan yoxsul insanla həmdərd olur və onun nələrə dözdüyünü öz bədəni ilə hiss edir.

Hişam ibni Həkəm deyir ki, mən İmam Sadiqdən (ə) oruc barəsində soruşdum və Həzrət (ə) buyurdu: “Onun səbəbi budur ki, yoxsul və zəngin bir olsunlar.

Belə ki, zəngin heç bir zaman aclığı hiss etməz ki, yoxsula rəhm etsin. Ona görə də Allah istədi ki, oruc vasitəsilə bəndələri arasında bərabərlik qərar versin. Zəngin ki, aclığın acı dadını hiss etsin və yoxsula rəhm etsin və aca rəhm etsin”.

Orucun hikmətlərindən biri də təqvadır. “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. (“Bəqərə” 183).

Həzrət Peyğəmbər (s) buyurur: “Yemək və içməkdən çəkinmək – ən az şeydir ki, Allah oruc tutana vacib buyurulmuşdur”.

İmam Sadiq (ə) buyurur: “Oruc – ancaq yeməkdən və içməkdən çəkinmək deyildir. O zaman ki, oruc tutursan – gərək qulağın, dilin, qarnın, cisni meylin də oruc olsun. Əlini qoru, yaxşı söz deməkdən başqa sükut et, xidmətçilərinə mehribanlıq et”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031