Bu keyfiyyət – möminin ən bariz sifətlərindəndir
Mьəllif: admin1
Tarix: 26-04-2020, 15:13
Bu keyfiyyət – möminin ən bariz sifətlərindəndir
Möminlərin ən bariz sifətlərindən biri də mülayim olmaqdır. Mülayim olmağın bir çox bərəkətləri vardır ki, onlardan biri də əfv etməkdir. Əgər insan bağışlamağı bacarmırsa, deməli onda mülayimlik sifəti mövcud deyildir.

Allah Təalanın mülayimliyi, Onun əfv etməsinə səbəb olar. İmam Əli (ə) buyurur: “Həmd və şükür o Allaha olsun ki, mülayimliyinin əzəməti Onun əfv və bağışlamasına səbəb olmuşdur”.

Mülayimliyin başqa bərəkətlərindən biri də budur ki, mülayim insanın dostu çox olar.

Həzrət Əli (ə) buyurur: “Mülayimlik – insan üçün əşirə və tayfa kimidir”. Çünki mülayimlik sayəsində insanın hümməti yaranar ki, onun abırını qoruyar.

İmam Əli (ə) buyurur: “Mülayimlik və biganə olmaq – iki əkiz uşaq kimidir ki, onlardan böyük hümmətlər dünyaya gələr”.

Başqa sözlə desək, mülayimlik – örtən pərdədir.

Mülayimliyin başqa bərəkəti budur ki, izzət və başıucalığa səbəb olar. İmam Əli (ə) buyurur: “Heç bir izzət mülayimlik kimi deyildir”.

Yəni, mülayimlik Allah yanında və insanların yanında izzətə səbəb olar.

Mülayimliyin başqa bərəkəti budur ki, insanların yanında şirin və bəyənilən həyata malik olar.

İmam Əli (ə) buyurur: “O kəs ki, mülayimlik göstərər – öz işində təfrit və ifrat etməz. İnsanların arasında bəyənilmiş tərzdə yaşayacaqdır”.

Ənəs ibni Malik nəql edir ki, Həzrət Peyğəmbərin (s) xidmətində idim və Həzrətin (s) mübarək çiynində qəliz haşiyəsi olan əbası vardı.

Həzrətin (s) yanına bir cahil ərəb gəlir və onun əbasını götürür və möhkəm dartır. Belə ki, əbanın haşiyəsi Həzrətin (s) mübarək boynunu cızır.

Sonra ağılsız bir şəkildə deyir: “Ey Muhəmməd (s)! Sənin yanında olan Allahın malından bu iki dəvəmə yüklə ki, aparım. Çünki bu mal nə sənindir, nə də atanın”.

Həzrət (s) bir qədər sükut etdi və sonra buyurdu: “Mal – Allahın malıdır. Mən – Allahın bəndəsiyəm. Ey ərəb! Mənə vurduğun ziyanı sənə çatdırımmı?”.

Ərəb deyir: “Xeyr”.

Həzrət (s) buyurur: “Niyə?”.

Ərəb deyir: “Çünki sən pisliyə pisliklə cavab vermirsən. Bəlkə onu yaxşılıqla dəf edirsən”.

Əziz Peyğəmbər (s) bu sözlərdən gülümsədi və buyurdu ki, ərəbin dəvəsinin birinə xurma və o birisinə arpa yükləsinlər”.

Mülayimlik – təqvalıların sifətlərindədir. İmam Əli (ə) buyurur: “Onlar özlərinə hakim olan və alim insanlardırlar”.

Başqa yerdə Həzrət (ə) buyurur: “Onların nişanələri budur ki, mülayimliyi elmlə qarışdırıblar”.

Beləliklə deyə bilərik ki, mülayimlik – təqva əhlinin sifətlərindən olub, çoxlu bərəkətə malikdir. Hər kim özünə hakim olmağı bacarar və qəzəbini yatızdırarsa, ona mülayim insan deyərlər. Bu insan həm Allahın və həm də insanların sevimlisi olar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031