Bu ayda oxunan bir Quran ayəsi, başqa aylarda bir Quran xətm etməyin savabına malikdir
Mьəllif: admin1
Tarix: 18-03-2024, 10:35
Bu ayda oxunan bir Quran ayəsi, başqa aylarda bir Quran xətm etməyin savabına malikdir
Ramazan ayı o aydır ki, əvvəli rəhmət, ortası bağılşlanma və axırı hacətlərin həyata keçməsi və cəhənnəm atəşindən azad olmaqdır.

Bu ayın əzəməti üçün elə bu kifayətdir ki, Müqəddəs Quran bu mübarək ayda nazil olmuşdur. Bu ayda behişt qapıları açılar və hər kəsə bağışlanma vədəsi verilər.

Bu ayda insanların taleyi həll olar və ruzisi bölünər.

Bu ay – elə bir aydır ki, başqa aylarda edilən əməllər bu ayda bir neçə qat hesab olunar. Misal üçün, bir gecə namazının savabı başqa aylarda yerinə yetirilən yetmiş namazın savabına bərabər olar. Həmçinin vacib ibadətlər də o cür.

Bu mübarək ayda ən çox tövsiyə olunan əməllər:

1. Bacardığınız qədər iftar süfrəsi verin.

2. Əlinizin altında işləyən insanlara qarşı həssas olun və işlərini bu ayda asanlaşdırın.

3. Bacardığınız qədər Quran oxuyun. Bu ayda oxunan bir Quran ayəsi, başqa aylarda bir Quran xətm etməyin savabına malikdir.
(Deyerler.org)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031