Ramazan ayında Quranı xətm etməyin ən asan yolu
Mьəllif: admin1
Tarix: 16-03-2024, 10:31
Ramazan ayında Quranı xətm etməyin ən asan yolu
Misrin beynəlxalq dərəcəli məşhur qarisi Əbdülfəttah Taruti cari ilin mübarək Ramazan ayında koronavirus səbəbi ilə məscidlərin bağlanmasını önə çəkərək müsəlmanlara Qurani-Kərimin bu ayda daha sadə yol ilə xətm etmək yolunu göstərib.

Vəhy kəlamının nazil olduğu ayda dünya müsəlmanları Qurandan ayrı düşməsinlər və tam ciddiyyətləri Qurani-Kərimi tilavət etsinlər deyən Ə.Taruti bildirib ki, Mübarək Ramazan ayında Quranı xətm etmək üçün əvvəlcə Həmd surəsini tilavət edin.

Sonra hər bir vacib namazın sonunda Quranın birinci cüzünün 4-dən birini, sonra dörddən ikisini və sonra da 4-dən üçünü oxuyun. Beləliklə gün ərzində çox asan və yorulmadan bir cüz Quran tilavət edəcəksiz.

O əlavə edib ki, əgər hər bir müsəlman hər vacib namazdan sonra təkcə 2 səhifə Quran tilavət etsə, hər gün bir cüz Quran tilavət edə bilər. Bu isə hər ayın sonunda bir Quran xətmi deməkdir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930