Məni cəzanla ədəbləndirmə…
Mьəllif: admin1
Tarix: 21-04-2020, 14:55
Məni cəzanla ədəbləndirmə…
Möminlərin başına gələn bəlaların əksər hissəsi insanların günahına görədir. Ona görə də əgər insan bəladan xilas olmaq istəyirsə, gərək tövbə və istiğfar etsin.

İmam Səccad (ə) dua edən zaman buyurur: “Allahım! Məni cəzanla ədəbləndirmə!”. İnsanı bəla vasitəsilə ədəbləndirmək ən ağır cəzadır.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Əgər bir dəstənin içində uşaq olarsa və etdiyi günahlarına görə ona təzəkkür verilməzsə ki, ədəblənsin – Allahın onu ədəbləndirəcəyi ilk şey odur ki, ruzisini azaldar”.

Bəla – peyğəmbərlər (ə) üçün dərəcə və övliyalar üçün isə kəramətdir. Belə deyildir ki, peyğəmbərlər (ə) bəla görməsinlər. Xeyr.

Bu dünyada ən ağır bəlaları məhz peyğəmbərlər (ə) və övliyalar görmüşdülər. Ancaq bəla onlar üçün nemət olduğu halda, bizim üçün cəzadır.

Bu dünyada elə insan yoxdur ki, bəla görməsin. Allah Təala heç bir bəndəsini öz başına buraxmaz. Bəla vasitəsilə onu cəzalandırıb, ədəbləndirər.

İnsan bilməlidir ki, əgər əli günaha tərəf gedirsə, gərək bunun əzasına da hazır olsun. İnsan əgər bəlaya düçar olub cəzalanmaq istəmirsə, gərək həqiqi tövbə etsin.

Elə bir tövbə ki, bəlanı qaytarmaq gücünə malik olsun. Yəni, nəsuh tövbəsi etsin və bir daha həmin günaha geri qayıtmasın.

Əgər tövbə etməsək, o zaman işimiz axirətə qalacaqdır ki, axirətin cəzası dünya cəzasından misilsiz səviyyədə ağırdır.

Bu səbəbdən insan əgər bəlaya düçar olmaq istəmirsə, İlahi cəza gəlməzdən əvvəl tövbə və istiğfar etməli və Allahdan bağışlanma istəməlidir.

Xüsusilə də bu gözəl dönəmdə ki, bütün tövbələr qəbul olar. Allah bu rəhmət aylarında bəndəsinin tövbəsini eşidər və onu bağışlayar.

Bu ağır günlərdə üzümüzü Allaha tutaq və ondan bağışlanma istəyək.

Ancaq bu cür bəlaları özümüzdən uzaqlaşdıra bilərik.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031