Haram tikənin insana təsirləri
Mьəllif: admin1
Tarix: 21-04-2024, 10:28
Haram tikənin insana təsirləri
İnsanların malını icazəsi olmadan zəbt etmək, haram yollarla ruzi qazanmaq insanın həm ruhuna və həm də cisminə mənfi təsirlər qoyar. Hədislərimiz bizə haram tikənin insan vurduğu ziyanları tanıtmış və bu mövzuda daha ayıq olmağımızı məsləhət görmüşdülər.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəsin ki, tikəsi haramdır, namazının 40 gün dəyəri olmaz, 40 gün duası qəbul olmaz, haram tikədən yaranan bədənin hər bir miqdarı atəşə və yanmağa layiq olar”.

Qüdsi hədisdə oxuyuruq ki, Allah Təala buyurur: “Mənim bəndəm! Sən dua et, Mən yerinə yetirim! Bil ki, bütün dualar Mənim dərgahıma çatar, məgər haram mal yeyən insanın duasından başqa”.

Bir nəfər Həzrət Peyğəmbərin (s) xidmətinə gəlir və deyir ki, duamın yerinə yetməsini istəyirəm. Həzrət (s) buyurur: “Tikəni pak et və nəzarət et ki, heç bir haramdan istifadə etməyəsən”.

Qəlbin daşlaşması haram tikənin təsirindəndir. İmam Sadiq (ə) buyurur: “Allah Təala sərt və rəhmsiz ürəkdən edilən duanı yerinə yetirməz”.

İmam Hüseyn (ə) Kərbəlada Yezid (lən) ordusunun rəhimsizliyini haramxorluqla əlaqələndirmişdir. Belə ki, haram tikə ilə qəlbin sərtləşməsi arasında rabitə vardır. Ona görə də İmam (ə) buyurmuşdu: “Qarınlarınız haramla dolmuşdur və qəlbləriniz möhürlənmişdir”.

Haram yeyən insanları mələklər lənətləyər. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman Allah bəndələrinin mədəsində haram tikə qərar tutar, yerin və göyün bütün mələkləri onu lənətləyərlər”. Yəni, bu insan Allah rəhmətindən uzaqlaşdırılar.

Həzrət Peyğəmbər (s) buyurur: “Haramxorluq edən kəsin ibadəti hamar qumluqda inşa edilən tikiliyə bənzəyər”. Şübhəsiz ki, bu cür tikili davamlı olmaz və kiçik hərəkətlə dağılar.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəsin ki, ruzisi haram olar, Allah onun heç bir xeyir işini qəbul etməz. İstər həmin iş sədəqə olsun, istər qul azad etmək, həcc və ya ümrə. Allah Təala bu işlərin savabında ona günah yazar. Ölümdən qalanlar isə cəhənnəmi üçün azuqəsi olar”.

İmam Sadiq (ə) buyurur: “O kəs ki, haram yolla mal əldə edər və həccə gedər, “Ləbbeyk” deyən zaman ona rədd cavabı verilər. Bu, onun əməlinin qəbul olunmamasına görədir. Amma əgər halal yolla mal əldə edərsə, ona müsbət cavab verilər. Bu, əməlinin qəbil olunmasının nişanəsidir”.

Əmirəl-möminin (ə) buyurur: “O kəs ki, möminin malını haram olaraq yeyər, heç bir zaman mənim dostum olmaz”.

Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, Allah haramla qidalanan bədənə behiştə daxil olmağı qadağan etmişdir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031