Həyatda nikbin olmağın yolları
Mьəllif: admin1
Tarix: 19-04-2020, 11:54
Həyatda nikbin olmağın yolları
“Həqiqətən (həm) iman gətirmiş kəslər və (həm də) hicrət edərək Allah yolunda cihad etmiş kəslər Allahın rəhmətinə ümidvardırlar”. (“Bəqərə” 218).

İmanın mühüm təsirlərindən biri - insan ruhunda yaranan sevinc və şadlıqdır. İman insanda elə bir hal meydana gətirər ki, dünya nemətlərindən ləzzət alar.

Bu sevinc və şadlığın nişanələri vardır ki, onlardan biri - nikbinlikdir. Din-iman insana dünyanı səadətə və xeyrə çatmaq üçün hədəf kimi tanıdır. Başqa sözlə desək, insanın varlıq aləminə baxışını nikbin edər. Nikbinlik elə bir haldır ki, insan ruhunda sevinc əmələ gətirər. İman hər cür təzyiqin ruha daxil olmasına ciddi maneə yaradar.

Sevinc hissinin ikinci nişanəsi - qəlb aydınlığıdır. İnsan imanın hökmü ilə dünyanı haqq və həqiqət nuru ilə görərsə, bu maarifçilik ruh fəzasını daha da aydınladar.

Batinində yanan çırağa bənzəyər. Dünyanı puç bir şey hesab edən imansız insanın qəlbi isə zülmət içində olar. Qəlbi zülmət içində olduğu üçün dünyanın da zülmət olduğunu fərz etmişdir.

Sevincin üçüncü nişanəsi - ümidvarlıqdır. İnsan gün ərzində etdiyi yaxşı əməllərin nəticəsini görəcəyinə ümidvardır.

"Ey mənim oğlanlarım, gedin Yusufu və qardaşını axtarın və Allahın qurtuluş və mərhəmətindən naümid olmayın ki, Allahın mərhəmətindən kafirlərdən başqa heç kim naümid olmaz". (“Yusif” 87).

Sevincin dördüncü nişanəsi - mənəvi ləzzəti hiss etməkdir. İmanlı insanın ləzzəti davamlı olar. Bu insanın sevinci daxilindədir. İbadət zamanı, Allahla dərdləşən zamanı dünyanın heç bir zamanına dəyişməz. Çünki bu zaman aldığı ləzzət dünya ləzzətlərindən daha üstündür.

İmam Səccad (ə) buyurur: “Allahım, kim Sənin sevginin şirinliyini dadandan sonra başqa şeyi onun canişini edə bilər? Kim Səninlə tanış olandan sonra başqasına üz çevirə bilər ki?”.

İmam Hüseyn (ə) buyurur: “Ey o Allahım ki, Özünlə ünsiyyətin şirinliyini dostlarına dadızdırmısan”.

İmanın şirinliyi vardır və bu şirinlik davamlıdır. Bu ləzzəti dindən başqa yerdə tapmaq olmaz. Bu ləzzət dünya ləzzətindən qeyri bir şeydir.

Bu şadlığın dərəcəsi imanın dərəcəsindən asılıdır. Hər nə qədər iman güclü və dərin olarsa, ləzzətin dərəcəsi də bir o qədər çox olar.

İmam Əli (ə) buyurur: “İman insanı sonsuz şadlığa və xoşluğa çatdırar”.

İmam Əli (ə) buyurur: “Nikbinlik qəlbin rahatlıq və dinin salamatlıq mənbəyidir”.

Yenə də buyurur: “Nikbinlik qəmi aradan aparar və günah bəndinə düşməkdən xilas edər”.

İmam Əli (ə) başqa yerdə buyurur: “Hər kim insanlara xoş güman edər, onların sevgisini əldə edər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Allaha xoşgüman bəsləmək Allah Təalanın ibadətindəndir”.
(Deyerler.org)


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031