Ey Əbuzər! Bugünkü gün sənin əlindədir, sabah isə səninlə deyil
Mьəllif: admin1
Tarix: 11-04-2020, 21:44
Ey Əbuzər! Bugünkü gün sənin əlindədir, sabah isə səninlə deyil
Peyğəmbər (s) səhlənkarlıqdan çəkinmək haqqında buyurur:

“Bugünkü gün sənin əlindədir, sabah isə səninlə deyil”.

Peyğəmbər (s) Əbuzərə nəsihətində bu günün işini sabaha saxlamamasını tapşırır. Çünki sabahın gələcəyinə bel bağlamaq olmaz. Sabahın gələcəyini fərz etsək belə, onun da öz işləri vardır.

Əgər sən bu günkü vəzifələrinə əməl etmiş olsan, sabahın olmaması səndə peşmançılıq doğurmaz. Amma əgər bu günün vəzifəsini təxirə salsan və sabah da gəlməsə, bu həsrəti əbədi olaraq o dünyaya aparacaqsan.

Deməli, indiki an üçün düşünməli və əlimizdə olan hər anı qənimət bilib, işlərimizi sabahın ümidi ilə sonraya saxlamaqdan, səhlənkarlıqdan pəhriz etməliyik. Mütaliə və təhqiq zamanı özümüzə “vaxt çoxdur, sabah mütaliə edərəm” deməməliyik. Gələcəyin də öz işləri var.

Əgər yeni bir sabahın olarsa, onda da hər gün olduğu kimi, öz gündəlik işlərinlə məşğul ol və əgər sabahın olmayacaqsa, bu günün üçün də (öz gündəlik vəzifəni yerinə yetirmədiyin üçün) peşman olmayacaqsan.

Ola bilər ki, insan gündəlik vəzifələrini yerinə yetirməsinə baxmayaraq, əksər işlərində müvəffəqiyyət əldə edə bilmədiyi üçün məyus olsun. Lakin insan gücünün məhdudluğunu, hər kəsin öz gücü və imkanları daxilində iş görə biləcəyini nəzərə almaqla, ümidini kəsib, peşman olmamalıdır.

Peyğəmbər (s) əvvəlki sözünün təkidi və davamı olaraq buyurur:

“Ey Əbuzər! O qədər adamlar var ki, səhərlərini axşama çıxara bilmirlər və o qədər adamlar da var ki, sabahın gəlməsini gözləyərlər, lakin sabaha çıxmırlar”.

Görün, Peyğəmbər (s) öz təlimləri ilə insanların zehnini ömrünün hər anından düzgün bəhrələnə bilməsi üçün necə hazırlayır. Əvvəl onu sabahı və bu sabaha nə qədər bel bağlaya biləcəyi haqqında düşünməyə vadar edir. Əgər öz gələcəyinə güvənə bilmirsə, niyə işlərini sonraya saxlamalıdır?

Zöhr namazının vaxtı günortanın əvvəlidirsə, bir saat sonra ölməyib diri qalacağını haradan bilir ki, namazını sonraya saxlayır? Aydındır ki, əgər namazını ilkin vaxtda qılsa, sonraya peşmançılıq da qalmayacaq və əlavə olaraq, başqa işlərini görməyə də vaxtı olacaqdır.



(ahliman.info)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031