Şəban ayında ruhunuzu təravətləndirin
Mьəllif: admin1
Tarix: 2-04-2020, 22:07
Şəban ayında ruhunuzu təravətləndirin
Şəban ayıdır; təvəssül, dua, Uca Yaradana diqqət ayıdır... Şəban ayı elə bir aydır ki, bu ayda oxunması tövsiyə olunan təsirli dualarda xoşbəxtliyk və səadət yolları bizim üçün açıqlanmışdır:

اِلهى‏ هَبْ لى‏ قَلْباً يُدْنيهِ مِنْكَ شَوْقُهُ، وَلِساناً يُرْفَعُ اِلَيْكَ صِدْقُهُ، وَنَظَراً يُقَرِّبُهُ مِنْكَ حَقُّهُ... اِلَهی هَب لی کَمالَ الاِنقِطاعِ اِلَیک

“İlahi, mənə Sənə yaxınlaşmağıma səbəb olacaq qəlb, sədaqəti və doğruluğu ilə Sənə tərəf yüksələcək dil və həqiqəti məni Sənə yaxınlaşdıracaq baxış əta et... İlahi, mənə Özünə doğru kamil azadlıq bəxş et.”

(اِلهى‏ كَاَنّى‏ بِنَفْسى‏ واقِفَةٌ بَيْنَ يَدَيْكَ، وَقَدْ اَظَلَّها حُسْنُ تَوَكُّلى‏ عَلَيْكَ، فَقُلْتَ ما اَنْتَ اَهْلُهُ وَتَغَمَّدْتَنى‏ بِعَفْوِكَ

“İlahi, sanki özümü Sənin dərgahında görürəm! Elə bir halda ki, Sənə təvəkkülüm başımın üzərinə kölgə salıb. Demək, Sən layiq olduğunu mənə deyirsən və məni Öz əfvinə şamil edirsən.” (“İqbalul-əmal”, c.2, səh.687 – “Şəbaniyyə” minacatı)

Ümid edirəm ki, Allah-Taala bizi Şəbaniyyə münacatının bu hissəsinə şamil edəcək!)

İlahi övliyalar kəlmələr və ifadələr qəlibində bizə Allah-Taaladan bu cür ülvi arzular diləməyi öyrətmiş, düşüncəmizi Allahdan nə istəmək, hansı yolu qət etmək, Uca Yaradanla hansı şəkildə əlaqə yaratmaq lazım olduğuna doğru istiqamətləndirmişlər.

Mənim əzizlərim! Fürsəti qənimət bilib Şəban ayından bəhrələnin. Şəban ayının ortası Həzrət Mehdi Sahibəz-Zamanın (ə.c.) mövlududur; bu müqəddəs mövluddan bərəkət almış mübarək bir gün.

Bundan əlavə, Şəban ayının ortasına təsadüf edən gecə özü-özlüyündə də çox əzəməti bir gecədir; bəziləri onu hətta Qədr gecəsi də adlandırır.

Şəban ayının yarıya çatdığı gecəni yadınızda saxlayın və o gecə dua, təvəssül və zikrlə, Uca Yaradanı yad etməklə ruhunuzu təravətləndirin. Allah-Taala ilə söhbət edin, arzu-diləyinizi Onunla bölüşün. (Ali Rəhbərin müəllimlər və təhsil işçiləri ilə görüşü zamanı etdiyi çıxış – 7/May/2017.)

Maide.az
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930