‘Hucurat’ surəsini oxumağın fəziləti
Mьəllif: admin1
Tarix: 31-03-2020, 10:56
‘Hucurat’ surəsini oxumağın fəziləti
“Hücurat“ surəsi 18 ayədən ibarətdir və Mədinədə nazil olmuşdur.

Bu surənin ayələrinin sayının az olmasına baxmayaraq, İslam Peyğəmbəri (s) və İslam camiəsi ilə bağlı olduqca mühüm məsələlər bəyan edir.

Surədə bir çox mühüm əxlaqi məsələlərə toxunulduğu üçün, onu “əxlaq və ədəblər“ surəsi də adlandırmaq olar.

1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَنْ قَرَأَ سُورَة الْحُجُرَاتِ أُعْطِیَ مِنَ الْأَجْرِ عَشْرَ حَسَنَاتٍ بِعَدَدِ کُلِّ مَنْ أَطَاعَ اللَّهَ وَ رَسُولَهُ وَ مَنْ عَصَاهُ

““Hucurat“ surəsini tilavət edən kəsə Allah və Onun Peyğəmbərinə itaət edən, eləcə də, Allaha üsyan edən kəslərin sayı müqabilində on yaxşılığın savabı əta edilər.“ (“Təfsiri-Əhli-beyt (ə)“, 14-cü cild, səh.504.)

2. İmam Sadiq (ə) buyurmuşdur:

مَنْ قَرَأَ سُورَة الْحُجُرَاتِ فِی کُلِ لیلة أَوْ فِی کُلِّ یَوْمٍ کَانَ مِنْ زُوَّارِ مُحَمَّد (صلی الله علیه و آله)

““Hucurat“ surəsini hər gecə və hər gün tilavət edən kəs Həzrət Muhəmmədin (s) zəvvarlarından olar.“ (“Vəsailuş-şiə“, 6-cı cild, səh.256; “Təfsiri-nümunə“, 22-ci cild, səh.131.)

Məlum olduğu kimi, bu qədər savab surədə göstərilən əməllər üzərində düşünüb onları diqqətlə yerinə yetirən, Allaha müti olanların yolu ilə gedib özünü Allaha asi olanların cərgəsindən ayıran şəxslərə aiddir.


(Maide.az)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930